Bu gün Fed faiz qərarını açıqlayacaq
Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, Fed-in faizdə dəyişikliyə getməyəcəyi və 0,25% səviyyəsində saxlayacağı gözlənilir.
Bu il Fed faizi sıfıra yaxın səviyyələrə endirib və bazarlara kömək olmaq və şirkətlərin kredit axınını davam etdirmək üçün bir sıra təcili və fövqəladə kredit imkanları təqdim edib. Fed-in balansı hal-hazırda 6.57 trilyon dollara çatmış vəziyyətdədir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar bu həftəki yığıncaqdan ciddi dəyişikliklər gözləmirlər.
Ancaq sərmayəçilər Fed sədri Jerome Powell-in çıxışından Fed-in böhranın nə qədər dərinə enə biləcəyinə dair qorxularına və yığışma proqnozlarına istiqamətli işarələr axtaracaqlar.
Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaq.
Sabah Avropa Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacaqdır. İqtisadçıların çoxu AMB-nin pul siyasətini bu həftə sabit saxlayacağını gözləyirlər. Bank son dövrdə yalnız qiymətli kağız alışlarını bu il bir trilyon avrodan daha çox artırmaq öhdəliyini açıqlayıb və bankların şirkətlərə daha asan kredit vermələrini təmin edib. Bir sıra iqtisadçılar AMB-nin 750 milyard avro olan pandemiya satınalma proqramının həcmini Cümə axşamı günü artıra biləcəyini gözləyirlər. İqtisadçılar bu addımın Sentyabr ayına qədər atıla biləcəyini nəzərdə tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
24 d. əvvəl
Anthropic IPO rekordunu qırdı – Nasdaq debütünü 1,8 trilyon dollarlıq qiymətləndirmə ilə başa vurdu
-
36 d. əvvəl
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
-
13 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
13 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
14 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
15 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























