"Mənfi qiymətlər neftin faktiki alış-satış qiymətlərini əks etdirmir"
WTI neftinin fyuçers qiymətlərindəki kəskin enmələrlə bağlı AFBİA-nın açıqlaması
Məlum olduğu kimi dünən Amerikada WTI markalı neftin May ayı üzrə fyuçers qiymətində kəskin düşmə müşahidə olunmuşdur. Belə ki, müvafiq fyuçers qiyməti dünən gün ərzində hətta -40.32 ABŞ dolları səviyyəsinə qədər enmişdir. Bu isə ölkə vətəndaşlarımızın bir çoxunda təbii olaraq, narahatlıq və çaşqınlıq yaratmışdır.
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası İctimai Birliyinin (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov yaranmış vəziyyəti Marja-ya şərh edərək bir sıra mühim məqamları vətandaşlarımızın diqqətinə çatdırır. Vətandaşlarımız baş verən hadisələrin real səbəbi və onun real neft qiymətlərinə təsiri barədə daha geniş təsəvvürə malik olması narahatlığı azalda bilər.
“İlk növbədə bildirək ki, qeyd olunan qiymətlər neftin faktiki alış-satış qiymətlərini deyil, may ayı üzrə fyuçers qiymətlərini əks etdirir. Fyuçers isə hər hansı maliyyə alətinin (bizim misalda neftin) əvvəlcədən razılaşdırılmış qiymətə və zamanda alınıb-satılacağı ilə bağlı törəmə maliyyə aləti, sadə dildə desək isə müqavilənin bir formasıdır. Yəni fyuçerslə ticarət edən şəxs fiziki olaraq, maliyyə alətini deyil, həmin maliyyə aləti üzrə hüquqları əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə alır və ya satır. Lakin fyuçersin hər hansı icra zamanı vardır ki, həmin müddət tamamlandıqda tərəflər öhdəliklərini yerinə yetirməlidirlər. Yəni alıcı tərəf razılaşdırılmış qiymətə uyğun ya fiziki olaraq həmin maliyyə alətini satıcıdan almalı, ya da aradakı fərqi ödəməlidir.
Dünən, yəni 20 aprel tarixi WTI neftinin May ayının fyuçersləri üzrə sonuncu ticarət günü idi. Hesab edin ki, siz əvvəlcədən fyuçersi almısız və 20 aprel tarixinə kimi bu fyuçersi özünüzdə saxlamısınız. 21 aprel tarixində isə artıq fyuçers öhdəliklərinizi yerinə yetirməli və müvafiq həcmdə WTI neftini fiziki olaraq almalısınız. Lakin əvvəlki vaxtlardan fərqli olan hadisələr baş vermişdir. Belə ki, COVİD-19 pandemiyası ilə əlaqədar dünyada, xüsusilə də, Amerikada əksər biznes sahələri dayanmış, tələbat olmadığı üçün neft anbarları artıq tam dolmuş, əksərləri fəaliyyətini dayandırmış, neftin daşınma və saxlanma xərcləri artıq qat-qat artıq başa gəlməkdədir. Bu zaman təbii ki, WTI neftinin May ayı üzrə fyuçersini almış digər şəxslər kimi siz də fyuçersi minimum qiymətlərdə olsa belə, satmaqda maraqlı olacaqsız. Kəskin satışlar isə kəskin qiymət enmələri deməkdir. Dünən baş verənlər də məhz bu kimi problemlərdən qaynaqlanmışdı və dünya bazarlarında neftin real ticarət qiymətlərini əks etdirmirdi. Digər tərəfdən neftin real qiymətinin sabit olmasını biz növbəti ayın fyuçers qiyməti ilə müəyyən edə bilərik. Belə ki, İyun ayının fyuçers qiyməti dünən nisbətən sabit qaldı, yalnız bu gün kəskin eniş göstərdi. Bu da onu göstərdi ki, hələ də WTI fyuçersi ilə ticarət edən investorlarda narahatçılıq qalmaqdadır. Belə ki, COVİD-19 pandemiyası may ayında da davam etdiyi təqdirdə İyun ayı üzrə fyuçers qiymətlərində oxşar prosesləri müşahidə edə bilərik. Ümumilikdə isə bütün bunlar tamamilə ABŞ-ın hasilat etdiyi neftin həcmi və ABŞ-dakı durumla bağlıdır.
Bəs bu hadisələr neftin gələcək real ticarət qiymətlərinə necə təsir edəcək?
Təbii ki, bu proseslər ABŞ-ın WTI markalı neftin qiymətinin qısa müddətli olaraq müəyyən səviyyələrə qədər enməsinə səbəb ola bilər. Lakin digər neft markalarının qiymətləri sabit olaraq qalmaqdadır. Belə ki, hal-hazırda Brent markalı neftin İyun ayı üzrə fyuçersi 20.67 ABŞ dolları, İyul ayı üzrə isə 25.03 ABŞ dollarıdır və Azeri Light markalı neftin qiyməti də bildiyimiz kimi adətən Brent markalı neftin qiymətinə yaxın olur. Bunları əsas götürərək deyə bilərik ki, WTI markalı neftin fyuçers qiymətlərindəki kəskin düşməsi ABŞ-dakı daxili problemlərə görə baş vermişdir və bu yenidən baş verə bilər.
Ümumilikdə isə bu kimi hadisələrin COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış durğunluğun nəticəsi olduğunu və neftin qiymətindəki düşmələrin uzunmüddətli deyil, yaxın 1-2 ayı əhatə edəcəyini proqnozlaşdırılır. Bütün dünyada karantin rejiminin və pandemiyanın bitməsindən sonra yenidən neftə tələbat artacaq və neftin qiymətinin bahalaşaraq sabitləşməsinə şərait yaranacaqdır”.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
1 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
1 gün əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
2 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
2 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 2 gün əvvəl
-
2 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
