Kəsirin artdığı açıqlandı, Türk Lirəsi 1%-dən çox dəyərdən düşdü
Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən 2020-ci ilin Fevral ayına tədiyyə balansı məlumatları açıqlanıb.
Marja xəbər verir ki, Fevralda Türkiyənin cari əməliyyatlar hesabında 1,23 milyard dollar kəsir yaranıb. Yanvar ayına dair 1,80 milyard dollarlıq cari kəsir məlumatı 1,61 milyard dollara dəyişdirilib.
Məlumatın ardından Türk Lirəsi Dollar qarşısında 1%-dən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 11:45-də Dollar/TL məzənnəsi 1,2% artımla 6.7882 səviyyəsini görüb.
Koronavirus qorxuları da Lirəyə təzyiq etməyə davam edir.
Keçən həftə Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalına Georgieva Türkiyə ilə təmasları olduğunu açıqlaması ilə Dollar 6.62 lirəyə qədər geriləmişdir.
Lirədə kövrəkliyin digər inkişaf edən ölkələrin pul vahidlərinə paralel olaraq davam edəcəyi gözlənilir. 6.80 əhəmiyyətli bir müqavimət səviyyəsidir və Dolların bu səviyyəni də aşacağı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
24 d. əvvəl
Anthropic IPO rekordunu qırdı – Nasdaq debütünü 1,8 trilyon dollarlıq qiymətləndirmə ilə başa vurdu
-
36 d. əvvəl
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
-
13 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
13 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
14 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
15 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























