Azərbaycan neft hasilatını nə qədər azaldacağı açıqlandı - 6 DƏFƏYƏ YAXIN ARTIRILIB
Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı gündəlik 164 min barrel azaldacaq. Bir əvvəlki razılaşma ilə Azərbaycan neft hasilatını gündəlik 29 min barel azaldırdı. Beləliklə, Azərbaycanın öhdəliyi 5,6 dəfə artırılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan ”Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.
Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb.
Azərbaycanın Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, iclasda “OPEC plus” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barrel həcmində azaldacaqlar.
Hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6 milyon 85 min barrel, qeyri-OPEC ölkələri üçün isə3 milyon 915 min barrel müəyyən edilib.
Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzindəAzərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Xatırladaq ki, əvvəlki sazişdə Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilmişdi. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalı idi.
2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 milyon barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalarOPEC üzrə gündəlik 4 milyon 868 min, qeyri-OPEC üzrə isə 3 milyon 132 min barrel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.
2021-ci ildən 2022-ci ilin aprelinədək “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 milyon barrel azaldılması planlaşdırılır. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3 milyon 651 min barrel, qeyri-OPEC üzrə 2 milyon 349 min barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.
İclasda “OPEC plus” formatından kənar neft ölkələrinəisə gündəlikhasilatı 5 milyon barrel azaltmaq çağırışı edilib.
Yeni Razılaşmanı şərh edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir. Ümid edirik ki, “OPEC plus”un bu qərarı və digər qeyri-OPEC ölkələrinin səyləri neft bazarında tədricən tarazlıq və qiymət sabitliyinin yaranmasına töhfə verəcək.”
Nazir onu da əlavə edib ki, dünyanın aparıcı iri neft istehsalçılarının bugünkü fövqəladə görüşü neft bazarı üçün tarixi bir hadisədir. Bu prosesə qatılan hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirdilər. “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan da yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 saat əvvəl
Tanınmış lombard şirkəti 6 milyon manatlıq istiqraz buraxır - ŞƏRTLƏR
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
11 saat əvvəl
"Delta Telekom"a qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib
-
11 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Delta Telekom"a qarşı genişmiqyaslı kiberhücum həyata keçirilib

Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir

Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
Ən çox oxunanlar

"Naxçıvanda dəmir yolunu tam müasirləşdirəcəyik"

Sabahın hava proqnozu açıqlanıb

"4 yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq"

Kəlbəcər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim edilib

Bakıda 3-cü "Melamor" açılacaq

“Azərbaycan Dəmir Yolları” 300 yeni vaqon alıb
