Bakıda "Caspian Energy Forum-2017" işə başlayıb - FOTOLAR
Bu gün Bakıda IV Beynəlxalq "Caspian Energy Forum-2017" işə başlayıb. “Bir neçə dövlət və hökumət başçısı beynəlxalq forumun iştirakçılarına video müraciət ünvanlayıb və tədbirin əsas təşkilatçısı olan "Caspian European Club"u (Caspian Business Club) 15 illik yubiley münasibətilə təbrik edib.
"Caspian Energy Forum-2017"-də avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltika regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər. Ümumilikdə, forumun işində dünyanın 50 ölkəsindən olan 500 deleqat iştirak edir.
Forumun sponsoru “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd.” ASC və "SİNAM" şirkətidir.
Tədbir üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarında irəliləyişi mövzusunu əhatə edəcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 23 saat sonra
- 6 saat əvvəl
-
9 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
13 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
13 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
























