"Kredit şərtləri ağır olduğundan vətəndaşlar yararsız avtomobillər alırlar"
Azərbaycanda atmosferə atılan zərərli maddələrin böyük hissəsi avtomobillərin payına düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovun sözlərinə görə, xüsusilə Abşeron yarımadasında vəziyyət daha acınacaqlıdır:
"Ölkədə istifadədə olan avtomobillərin əksəriyyəti köhnəlib. Onlar atmosferə daha çox zərəli qaz buraxır. Artıq köhnə avtomobillərdən imtina edib elektrik və hibrid avtomobillərə keçməyin vaxtı çatıb. Biz bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparıb təkliflərimizi vermişik. Əhalinin ətraf mühitə zərərsiz yeni avtomobillərdən istifadəsini təşviq etmək lazımdır".
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, ölkədə istismarda olan 1 milyon 500 minə yaxın avtomobilin böyük əksəriyyəti istismar dövrünü başa vurub. Bu avtomobillər həm yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həm də ətraf mühitin mühafizəsi baxımından yararsızdır. E.Cəfərov bildirib ki, ölkədə vətəndaşların yeni avtomobillər alması üçün imkanlar genişləndirilməlidir:
"Stimullaşdırıcı qərarlar qəbul edilməlidir. İnsanlar şəxsi tələblərinə uyğun olaraq avtomobildən istifadə edirlər, həm də elə sahibkarlar var ki, onlar nəqliyyat vasitəsi olmadan fəaliyyət göstərə bilməzlər. Məhdudiyyətlər tətbiq etməklə kiçik sahibkarlıqla məşğul olan şəxslərə zərər vermiş olarıq.
Ona görə də vətəndaşların yeni nəqliyyat vasitəsi alması üçün şərait yaradılmalıdır. Avtomobil kreditlərinin şərtləri olduqca ağırdır. Banklar yeni avtomobil almaq istəyən şəxslərdən 40 faiz ilkin ödəniş tələb edirlər, krediti isə illik 15-17 faizlə təklif edirlər. Ona görə də vətəndaşlarımız məcbur qalaraq xarici ölkələrdən yararsız avtomobillər gətirirlər. İlk növbədə, vətəndaşlara əlverişli kredit şəraiti yaradılmalıdır. İlkin ödəniş 20 faizə, kreditin illik faiz dərəcəsi isə 9-10 faizə endirilsə, vətəndaşlar daha çox yeni avtomobillər almağa can atarlar. Bundan başqa, köhnə avtomobillərin utilizasiya olunması ilə bağlı tədbirlərin görülməsinə də ehtiyac var".
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
16 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























