“Barama Hackathon 2017” layihəsinə qeydiyyat başlandı
Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi iləBarama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc proqramçılar üçün təşkiletdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2017” layihəsinə start verilib.
Müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”larbütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.Developerlərə təqdim olunan bu dəfəki mövzu– mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılmasıdır. 22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edəcək və 23 aprel saat 21:00-də dayandırılacaq.Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Azercell və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Layihədə iştirak etmək istəyən proqramçılar hackathon.barama.azsaytında qeydiyyat formasını doldurmalıdırlar. “Barama Hackathon 2017”-də qələbə uğrunda10 komanda mübarizə aparacaq.18.04.2017 tarixi qeydiyyat üçün sonuncu gündür.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə“Özsut” restoranlar şəbəkəsi təmin edəcək.Tədbirin Media dəstəyi isə technote.az portalına məxsusdur.
Xatırladaq ki, ötən il Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















