Yeni müəssisə işə salınacaq, 110 iş yeri açılacaq - "ÖZ PULUMUZA TİKİRİK"

Son illərdə Azərbaycanda tekstil sahəsinin inkişafına dövlət səviyyəsində böyük diqqət ayrılır.
Bakı Tekstil Fabrikinin baş direktoru, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva müsahibəsində ölkədə tekstil sahəsinin inkişafı, istehsal planları və yerli istehsalçının ixrac imkanları barədə danışıb.
Müəssisənin istehsal potensialı barədə
2019-cu ildə Bakı Tekstil Fabriki istehsal həcmini 2018-ci illə müqayisədə 40 faiz artırıb. Bu gün fabrik aylıq 550-600 min manat məbləğində məhsul istehsal edir. Bu il biz yeni istehsal xətlərinin açılması və tekstil məhsulları çeşidlərinin genişləndirilməsi hesabına bu göstəricini 700-750 minədək artırmağı planlaşdırırıq. Müəssisənin yaxın dövr üçün planları arasında yeni hazır məhsul xəttini, o cümlədən qadın, kişi və uşaq geyimlərini təqdim etməkdir. Qadın geyimlərinin aylıq həcmi 30-35 min ədəd təşkil edir. Yeni xəttin işə düşməsi istehsalı ayda 40-45 min ədədədək artırmağa imkan verəcək. Hesab edirəm ki, bu, hazır geyimin ixrac olunmasına müsbət təsir göstərəcək. Hazırda müəssisə yeni növ qadın geyimlərinin hazırlanmasını başa çatdırıb, biz bu məhsul xəttini yeniləməyi planlaşdırırıq. Yeni xəttin işə düşməsi 2020-ci ilin mart-aprel aylarında planlaşdırılır ki, bu da istehsal həcminə müsbət təsir göstərəcək. Məhsul əsasən ölkə xaricinə ixrac olunacaq. İdxalçı ölkələr qismində Rusiya və Səudiyyə Ərəbistanı nəzərdən keçirilir. Fabrik, həmçinin yeni növ kişi geyimləri üzərində işləyir. Ötən il fabrikdə kişi geyimlərinin istehsalı 10-15 faiz artıb. Bu göstəricini bu il 2 dəfə artırmağı planlaşdırırıq. Bu gün kişi geyimlərinin istehsal həcmi ayda 5 min ədəd təşkil edir. Bu göstəricini 8-10 min ədədədək çatdırmaq üzərində işləyirik. Fabrik ayda 550-600 min manat məbləğində tekstil məhsulu reallaşdırır, bu il bu göstəricini 700-750 min manatadək çatdırmağı planlaşdırırıq. Bu ilin birinci yarısında biz ixrac əməliyyatlarını artırmağı planlaşdırırıq.Tekstil məmulatlarının ilkin bazarı qismində Rusiya və BƏƏ nəzərdən keçirilir. Ötən il bu ölkələrə qadın, kişi və uşaq geyimlərinin müxtəlif modelləri ixrac olunub. Hazırda bu ölkələrdən potensial müştərilərdən ixracla bağlı təkliflər var. Bununla yanaşı, müəssisə corab istehsalını ayda 18 min cütədək artırıb. Ötən il bu göstərici 10 min cüt, 2017-ci ildə isə 5-6 min cüt təşkil edirdi. Fabrik həm ölkə daxilində böyük tələbatla əlaqədar, həm də ixrac məqsədi ilə bu tekstil məhsulunun istehsal həcmini artırmağı davam etdirir. Hazırda Rusiya və ərəb ölkələrinə tədarüklə bağlı müraciətlər daxil olub. Bununla əlaqədar olaraq, biz 2020-ci ilin ilk üç-dörd ayı ərzində ixraca başlamağı planlaşdırırıq. Bu istiqamətdə danışıqlar aparırıq.
Trikotaj məmulatlarına artan tələb barədə
Bakı Tekstil Fabriki trikotaj məmulatlarının ixracını artırır. Fabrik istehsal həcmini ayda 70 min məmulatadək artırmağı nəzərdə tutur. Hazırda bu göstərici 50 min ədəd təşkil edir. İstehsal prosesində 16 tondan çox trikotaj sapından istifadə olunur. Biz trikotaj sapının istehsalını ayda 20 tonadək, hazır məhsulun istehsalını isə 60-65 min vahidədək artırmağı planlaşdırırıq. Bu il müəssisə trikotaj məhsulunun ixracını 1,5-2 dəfə artırmağı planlaşdırır. Biz məhsulumuzu xarici bazarlara çıxarmaq niyyətindəyik, ona görə də artıq bu il müəssisənin istehsal gücünü artıracağıq. Müəssisənin planlarında ixrac potensialını artırmaq da var. Bizim ərəb ölkələrinə trikotaj ixracı ilə bağlı təkliflərimiz var, yaxın iki ay ərzində bu istiqamətdə tədarük cədvəlini hazırlamağı düşünürük. Biz qadın trikotaj geyimlərinin və bəzi növ uşaq üst geyimlərinin ixracı ilə bağlı müraciətlər almışıq. Bununla əlaqədar olaraq Almaniyadan 100-110 min avro dəyərində bir neçə toxuculuq maşını satın almağı planlaşdırırıq. Avadanlığın bu ilin oktyabrında fabrikdə quraşdırılacağı ehtimal olunur.
Korporativ geyim istehsalın vacib trendi kimdi
Bakı Tekstil Fabriki korporativ geyim istehsalını artırmağı planlaşdırır. Hazırda bu növ məhsulun istehsal həcmi 30-35 min ədəd təşkil edir. Bu göstəricini 40 min ədədədək və daha çox artırmağı planlaşdırırıq. Hazırda müəssisədə bank işçiləri, SOCAR əməkdaşları, nazirliklər və digər dövlət müəssisələri üçün nəzərdə tutulmuş korporativ geyimlər buraxılır. Məhsul daxili bazarda reallaşdırılması üçün nəzərdə tutulub. Əvvəllər biz bu məhsulun bəzi növlərini Rusiya, Qazaxıstan və Əfqanıstanın korporativ sektoru üçün ixrac edirdik. Hazırda bu ölkələrə ixrac dayandırılıb.
Yeni korpus – yeni iş yerləri
Tekstil fabrikinin Binəqədi rayonunda yeni korpusunun açılması hesabına müəssisənin istehsal gücünü genişləndiririk. Fabrikin yeni üçmərtəbəli korpusunun tikintisi bu ilin fevralında başa çatacaq. Yeni müəssisənin işə salınması ilə 110 iş yerinin açılması nəzərdə tutulub. Paralel olaraq yeni istehsal xətləri işə salınacaq. İstehsalat obyekti Bakı Tekstil Fabrikinin öz vəsaiti hesabına tikilir. Bununla belə, istehsal gücünün, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi məqsədi ilə dövlət dəstəyi də zəruridir.
İxracla bağlı planlar
Bakı Tekstil Fabriki tekstil məhsulunun ixracı ilə bağlı Avropadakı tərəfdaşlarla müqavilə bağlamağı planlaşdırır. 160 min manat məbləğində tekstil məhsulunun tədarük olunması gözlənilir. Fevral ayında Almaniyaya qadın, kişi və uşaq geyimlərinin ixracı ilə bağlı müqavilə imzalamğı planlaşdırırıq. Hazırda müəssisə Almaniyaya bir neçə dəfə tədarük həyata keçirib və bu ölkədə tərəfdaşlarla münasibətlər yaradıb. Bu günədək Bakı Tekstil Fabriki Almaniyaya 9 milyon manatdan çox məhsul ixrac edib. Ötən il fabrikin bu ölkəyə ixracı 2,5 milyon manat artıb. Hesabat dövründə Almaniyaya müxtəlif növ qadın, kişi və uşaq geyimləri tədarük edilib. Uşaq alt geyimləri və corab ixracı 800 min manatdan çox olub. Xarici tərəfdaşlarla müqavilə bağlandıqdan sonra bu ixrac göstəricilərini artırmağı planlaşdırırıq.
© Trend
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
-
7 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 8 saat əvvəl
-
12 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib
Ən çox oxunanlar

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi
