"Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödəyə bilər"
Bu gün Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Rusiyanın Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Rusiya Federal Gömrük Xidmətinin Ticarət məhdudiyyətləri, valyuta və ixrac nəzarəti İdarəsinin birinci müavini Andrey Ryazanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərində məqsəd Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, artıq uzun illərdir Rusiya Azərbaycan üçün əsas ixrac bazarıdır:
"Ötən illərlə müqayisədə Azərbaycandan ixracın 16,9%-i Rusiyanın payına düşür. Rusiya Azərbaycan üçün idxal sahəsində də önəmli ölkələrdən biridir. Son illər ərzində hər iki ölkənin milli valyutalarının devalvasiyaya uğraması və bunun nəticəsində yaranan qiymət artımı ticarət dövriyyəmizə təsirsiz ötüşməyib. Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsullar sırasında meyvə-tərəvəz önəmli yer tutur. Azərbaycan Ukrayna və Qazaxıstana da meyvə-tərəvəz ixrac edir. Son bir ildə ölkəmizdən xaricə meyvə-tərəvəz ixracı 73% artıb. Eyni zamanda Azərbaycana meyvə-tərəvəzin idxalı xeyli azalıb".
A. Əliyev Türkiyə istehsalı olunan pomidorların Azərbaycandan Rusiyaya ixrac olunması ilə bağlı yayılan iddialara də münasibət bildirib: "Heç bir Türkiyə məhsulu Azərbaycan üzərindən Rusiya və ya başqa ölkəyə milli məhsulumuz adı ilə ixrac olunmur. Bunun üçün kifayət qədər sübut var. Bir şeyi də nəzərə alın ki, Türkiyə pomidorlarının Azərbaycan üzərindən Rusiyaya ixracı yerli məhsullarımızın şimal qonşumuza ixracından daha başa gəlir".
A. Ryazanov isə bildirib ki, iki ölkənin müvafiq qurumları gömrük prosedurlarının sadələşdirilməsində maraqlıdır və bu məsələ müzakirə predmetidir. "Biznes dairələri bir qədər anlayış nümayiş etdirməlidir. Bu yaxınlarda Azərbaycan-Rusiya sərhədində yaranmış problemlər bu müzakirələrin sayəsində həllini tapdı və mövcud olan digər problemlər də danışıqlar yolu ilə həllini tapmalıdır", - deyə o bildirib.
Görüşdə iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə bildirib ki, son bir ildə Azərbaycanda 517 min ton pomidor istehsal edilib və bunun 100 min tonu ancaq Rusiyaya ixrac edilib: "Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda istehsal olunan pomidorun 5,2%-i Rusiyaya ixrac olunur".
Nazir müavini əlavə edib ki, son bir il ərzində Azərbaycana alma idxal edilməyib və ölkədə istehsal olunan almanın bir qismi ixraca yönəlib. S. Babayev vurğulayıb ki, bu gün Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətindir.
Görüşdə Azərbaycanda meyvə-tərəvəz məhsullarının, o cümlədən pomidor və almanın istehsal həcmi və potensial ixrac imkanları, həmçinin 2017-ci il ərzində pomidorun Rusiyaya çatdırılma vaxtı və həcmi, keyfiyyət dərəcəsi və becərilməsi texnologiyasına dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Həmin gün Rusiya nümayəndə heyətinin Azərbaycanda meyvə-tərəvəz məhsullarının əkin sahələri və saxlanılması şəraiti ilə tanış olması üçün Quba və Qusar rayonlarına səfəri planlaşdırılır.
Sabah aprelin 7-də Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin sonuncu günündə Bakının Zirə kəndində meyvə-tərəvəz məhsullarının yetişdirildiyi istixana təsərrüfatlarının fəaliyyəti ilə tanış olacaqlar.
© APA
Müştərilərin xəbərləri
Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
34 d. əvvəl
Uzunluğu 1720 metr, hündürülüyü 300 metrdir - İnşası bu ilin sonuna qədər tamamlanacaq
-
50 d. əvvəl
Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Əlaqə mərkəzinə gələn zənglərin 80%-ni 30 saniyə ərzində cavablandırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqini bloklamışıq"
PULLU Adam olmaq üçün ilk addımını at ®
Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
Ən çox oxunanlar
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
"Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik vəorta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib"
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı







.jpg)






.jpg)









