Azərbaycan-Rusiya sərhədində yeni körpü dekabrda istifadəyə veriləcək
Samur çayı üzərindən Azərbaycan-Rusiya sərhədində yerləşən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarında planlaşdırılır.
Bu barədə "Moskva-Bakı" portalına Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.
"Qeyd etmək istərdim ki, bu gün sərhədin hər iki tərəfindəki çatışmazlıqların həllinə diqqəti artırmalıyıq. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan ortaq işçi qrupu yaradılıb. Yaraq-Kazmalyar keçid məntəqələrində Samur çayı üzərindəki avtomobil körpüsü bu məsələnin həllinə kömək edəcək. Müqavilə çərçivəsində işlərə 2017-ci ilin dekabrında start verilib. Körpünün istifadəyə verilməsi 2019-cu ilin dekabr ayının ortalarında planlaşdırılır", - deyə Oreşkin qeyd edib.
Oreşkin Samur çayı üzərindəki körpünün, Rusiyanın vacib saydığı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin mühüm bir hissəsi olduğunu vurğulayıb.
"Ekspert hesablamalarına görə, Azərbaycan ərazisi ilə (dəhliz çərçivəsində - red.) yerüstü yük tranziti orta müddətdə 7 mln. tona yaxınlaşa bilər və daha uzun müddətdə bu göstərici 13 mln. tondan çox ola bilər. Tranzitin böyük hissəsi Hindistana və İrana gedən Rusiya və bu ölkələrdən göndərilən yüklərin hesabına formalaşacaq. Gələcəkdə bəlkə də Cənubi və Cənub-Şərqi Asiya, Fars Körfəzı dövlətləri barəsində də söhbət gedə biləcək ", - deyə rusiyalı nazir bildirib.
Samur çayı üzərindən körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metr olacaq. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
6 saat sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
-
- 4 saat sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bir ton qarğıdalının orta idxal dəyəri 378 dollardan 470 dollara yüksəlib
-
8 saat əvvəl
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan və “Limak Group” investisiya layihələrinin həyata keçirilməsini nəzərdən keçirir
-
10 saat əvvəl
Bitki və heyvan mənşəli yağların idxalı 136 milyon dollara yaxınlaşıb
-
10 saat əvvəl
PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri
Azərbaycan daha az buğda idxal edib, amma daha çox pul xərcləyib
Azərbaycana çay idxalı azalıb – 6 ayda 40 milyon dollara yaxın xərc
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kərə yağı idxalında geriləmə – Orta dəyər də aşağı düşüb
Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Azərbaycanda idxal 3,2 milyard dollar azalıb – maşın və avadanlıqların alınmasına 2 milyard dollar xərclənib



















