Azərbaycan kasıb ölkələr üçün donor olmaq arzusunu rəsmi şəkildə təsdiqləyəcək
Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının İdarəedicilər Şurasının illik iclasında kasıb ölkələr üçün donor ölkə qismində iştirak etmək və Beynəlxalq İnkişaf Assosiasiyasına (IDA) vəsait ayırmaq istədiyini bəyan edəcək.
Dünya Bankının Bakı nümayəndəliyindən verilən məlumata görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına üzv ölkələrin illik iclası oktyabrın 14-20-də ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək.
“Müşavirə zamanı donorların iclası keçiriləcək və onlar IBA-ya vəsaitlər yatırmaq istəklərini elan edəcəklər. İanələrin məbləğinə gəlincə, ölkələr bunu dekabrın əvvəlində Stokholmda keçiriləcək donor konfransında elan edəcəklər", - nümayəndəlikdən bildiriblər.
İllik iclasda Azərbaycandan Mərkəzi Bankın nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, bu, IDA-ya on doqquzuncu vəsait bəxşi olacaq.
Dünyanın 39-u Afrikada yerləşən 75 yoxsul ölkəsinə beynəlxalq yardımların ən iri subyektlərindən olan IDA həmin ölkələrdə təməl sosial xidmətləri təmin edən donor vəsaitlərinin də ən böyük mənbəyidir.
Sonuncu - sayca 18-ci vəsait ödənişi 2016-cu ilin dekabr ayında başa çatıb və 75 milyard dollar məbləğlə rekord qırıb. Bu məbləğ 2020-ci il iyunun 30-da başa çatacaq üçillik müddət ərzində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Belə ki, həmin vəsait hesabına 400 milyon nəfərə səhiyyə və qida sahəsində baza xidmətlərin, 130-180 milyon uşağın peyvənd, ixtisaslı həkimlərin iştirakı ilə 20 milyonadək qadına təhlükəsiz doğuş xidmətlərinin göstəriləcəyi, 45 milyonadək sakinin təmiz içməli su ehtiyacının ödənməsinin təmin olunacağı, 300 milyondan çox uşaq üçün 9-10 milyon müəllimin hazırlanacağı gözlənilir.
Azərbaycan Dünya Bankı qrupuna 1992-ci ildə daxil olub və əməkdaşlığın ilk illərində ölkəyə IDA xətti vasitəsilə yalnız güzəştli kreditlər verilib. Bu gün Azərbaycanın iqtisadi inkişafı, o cümlədən güzəştli kreditlərin verilməsinin əsas göstəricilərindən biri olan adambaşına düşən ÜDM IDA ölkələri üçün kriteriyalardan kənara çıxıb.
Xatırladıq ki, ÜDM-də adambaşına düşən pay 1165 dollardan çox olmayan ölkələr IDA-dan kredit almaq hüququna malikdir. 2018-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM isə 8126,2 manat (4780 dollar) təşkil edib.
Hazırda Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB Dünya Bankı qrupuna daxildir) şərtlərinə uyğun olaraq kreditlər alır.
Əməkdaşlıq müddətində Dünya Bankı Azərbaycana ümumi dəyəri üç milyard dollardan çox olan 50-dən çox layihənin icrası üçün kredit ayırıb. Hazırda təxminən 1,5 milyard dollar dəyərində daha 7 layihə həyata keçirilir. Kreditlərdən əlavə, 1995-2014-cü illərdə Dünya Bankı Azərbaycana 41,586 milyon dollar məbləğində 45 qrant ayırıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
3 d. əvvəl
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
-
9 d. əvvəl
Azərbaycanda daha bir şirkət ləğv olunur – “Azərsun Holdinq”ə birləşdirilir
-
31 d. əvvəl
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
2 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
Rəsmi məzənnələr açıqlandı
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
























