SOCAR “gübrə daxili bazara baha satılır” faktına əsaslı cavab verə bilmədi
"Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik".
Bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
HƏMÇİNİN OXU:SOCAR yerli fermerlərə gübrəni ixrac qiymətindən 35% baha satır
Onun sözlərinə görə, SOCAR daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı, yəni daxili bazarda bütün mövcud olan təkliflərdən daha sərfəli şərtlərlə təqdim edir:
“SOCAR karbamidi Azərbaycanda əvvəlki dövrdə idxal olunan karbamidin qiymətindən təqribən 20% daha aşağı qiymətə reallaşdırır. Azad rəqabət şəraitində bu məhsulun satış qiymətinin aşağı düşməsi ilk növbədə istehlakçıların və ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır“.
O bildirib ki, SOCAR-ın yanaşması budur ki, daxili bazarda rəqabətli olmaq üçün şirkət bütün mövcud təkliflərdən daha ucuz və daha keyfiyyətli təklif verir:
“Bütün bazarlarda qiyməti bazar iqtisadiyyatı müəyyənləşdirir. İkinci məsələ də odur ki, bu məhsulu başqa bazarlara çatdırmaq üçün nəqliyyat xərcləri də məhsulun qiymətinin üstünə gəlir. Bu ixrac istiqamətində məhsulun satış qiymətini bir qədər azaltsa da, karbamidi başqa bazarlara çıxarmaq yenə də rəqabətlidir. Mümkün olsaydı, biz bütün istehsal etdiyimiz məhsulu daxili bazarda satardıq. Ancaq istehsal etdiyimiz məhsulun həcmi daxili bazarın tələbatından çoxdur. Beləliklə məhsulun bir hissəsi ixrac edilir və ölkəyə əlavə ixrac gəliri qazandırır. Təbii ki, bu məhsulu başqa ölkələrə çatdırmaq üçün onun qiymətinin üzərinə nəqliyyat xərcləri də gəlir. Bunu da bizə diqtə edən bazar iqtisadiyyatıdır, bazarda olan azad və sərbəst rəqabətdir. Həmin rəqabətin şəraitinə və rəqabətin formalaşdığı şərtlərə görə biz bu məhsulu bazarlara təqdim edirik”.
Qeyd edək ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələri SOCAR-ın karbomid zavodunun istehsal etdikləri məhsulun ixrac qiymətinin ölkədəki satış qiymətindən 35 faiz ucuz olması ilə bağlı məlumat yaymışlar.
Bildirilib ki, bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid zavodu 45 min tona yaxın hazır məhsul satıb. Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsul 159,99 dollar/ton yaxud 272 manat/ton qiymətinə ixrac edilib. İyulda "Aqrolizinq" ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb. Beləliklə, yerli kənd təsərrüfatı ehtiyacları üçün karbamidin qiyməti onun ixrac qiymətindən 148 manat yaxud 35% çoxdur.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
1 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
3 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
3 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti



















.jpg)

