ABŞ-ın xam neft ehtiyatları yüksəlib
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 2,4 milyon barrel (0,6 faiz) artaraq 419,5 milyon barrelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 250 min barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 1,1 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 644,8 milyon barreldə qalıb.
ABŞ-ın benzin ehtiyatları ötən həftə 0,5 milyon barel (0,2 faiz) artımla 230,2 milyon barelə yüksəlib. Benzin ehtiyatları əvvəlki həftə 0,8 milyon barrel artmışdı.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 672 min barrel azalma ilə 6,37 milyon barrelə düşüb, ixracı isə gündəlik orta hesabla 192 min barrel azalaraq 2,98 milyon barrelə enib.
NEFT HASİLATI
Bu dövrdə ölkədə xam neft istehsalı dəyişiklik göstərməyib. 14-20 Sentyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,5 milyon barrel səviyyəsində baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
18 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 22 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
51 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Ən çox oxunanlar
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon






























