Dünyanın nəhəng turizm şirkətinin iflası 15 minədək avstriyalı turist üçün də problem yaradıb
Dünyanın ən qədim səyahət və turizm konserni “Tomas Kuk”un (Thomas Cook) iflasa uğraması hazırda məzuniyyətdə olan 15 minədək avstriyalının geri dönüşünü çətinləşdirib.
Böyük Britaniyanın ən böyük turizm konserni “Tomas Kuk”un idarə heyətinin sədri Peter Fankhauser sentyabrın 23-də şirkətin xilası üçün banklarla aparılan kredit danışıqlarının nəticəsiz başa çatdığını və iflasa uğradığını elan edib. İflas qərarının qəbulu ilə şirkətin həyata keçirdiyi bütün uçuşlar ləğv olunub, şirkətə məxsus yüzədək təyyarə nəzərdə tutulan reyslərə buraxılmayıb və hazırda səfərdə olan 600 min nəfərin öz ölkəsinə geri qayıtması çətinləşib.
Avstriya bazarında üçüncü ən böyük turizm şirkəti olan “Tomas Kuk”un iflası avstriyalı turistlərdən də yan keçməyib. Hazırda 15 min avstriyalı turistin vətənlərinə geri gətirilməsində problemlər yaranıb. Böyük Britaniya hökuməti “Matterhorn“ kod adı altında sülh dövründə ən böyük mülki repatriasiya (vətənə qaytarılma) əməliyyatına start verdiyini açıqlayıb və ən qısa zamanda bütün turistlərin mənzil başına çatdırılacağını vəd edib.
“Tomas Kuk” hər il səyahət edən orta hesabla 19 milyon şəxsə xidmət göstərib. Şirkətin iflası ilə dünyanın müxtəlif ölkələrindəki 22 min əməkdaşı öz iş yerini itirə bilər. Brexitin ləngiməsi və turizm sektorunda bir sıra yeniliklər zamanında həyata keçirilməsi turizm nəhəngini ciddi maliyyə böhranı qarşısında qoyub və bu ilin birinci yarısında şirkət təxminən iki milyard avro vəsait itirib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
13 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
25 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 29 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
58 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
































