Samsungdan yenilənmiş Galaxy A 2017 seriyası
Samsung ilin əvvəlində Azərbaycan bazarına yeni Galaxy A 2017 seriyasını təqdim etmişdir. Model sırasına bizə tanış olan A3, A5, A7 daxildir.
2017-ci ilin yeni smartfonları – Galaxy A seriyasına yeni, fərqli bir baxışdır. Keçən ilki modellərlə müqayisədə ən mühüm dəyişiklik, smarfonlarda İP68 standartına uyğun müdafiənin olmasıdır. Hər üç model 30 dəqiqəyə qədər suyun 1.5 metr dərinliyində qala bilir və tam olaraq toz keçirməzdir. Bəli, smartfonlar həqiqətən suya davamlıdırlar və bu onları misal üçün, yağış altında da istifadə etməyə imkan yaradır. Yenilənmiş smartfonların əsas fərqləndirici cəhəti onların dizaynıdır – smartfonlar çox dəbdəbəli və premial görünürlər, və bu nöqtəyə nəzərdən flaqmanlardan heç də geri qalmırlar!
Seriyanın əsas modeli Galaxy A5-də, keçən ilin buraxılışı ilə müqayisədə,bir sira dəyişikliklər edilmişdir. 2017-ci ilin smartfonunun SuperAmoled displeyi çoxmaraqlı «AlwaysON Display» funksiyası ilə təchiz olunub.İndi hətta blok ekranında belə saat və təqvim kimi vidjetlər, həmçinin də istifadəçinin seçilmiş fotoşəkilləri də əks etdirilə bilər. Bununla belə, Always ON Display akkumulyator enerjisini qənaətlə istifadə edir və 1 saata 1% şarj sərf edir.
Əlbəttəki, əsas dəyişiklik – həm əsas həmdə köməkçi kameraların icazəsinin artmasıdır. 2016-cı ilin Galaxy A5-i 5 meqapiksellik ön və 13 meqapiskellik arxa kamerayla təchiz olunmuşdu. Yeni modeldə isə hər iki kamera 16 meqapikseldir. Sözsüz ki, selfi həvəskarları 16 meqapiksellik ön kameranı dəyərləndirəcəklər. Həm də parlaq və dəqiq şəkillər hər kəsi xoş anlarla sevindirəcək.
Çox gözəl yeniliklərdən biri də 2016-ci ilin Galaxy A5-nin hibrid slotunun dəyişilməsi oldu. İndi ayrı-ayrılıqda ikinci nano-sim və yaddaş kartı üçün slot var. Bu o deməkdir ki, indi eyni vaxtda həm iki sim kartdan + yaddaş kartında da istifadə etmək olar! Axırıncını isə indi 256 QB qədər artırmaq olar, buda keçən ilki göstəricidən iki dəfə çoxdur (128QB). Daxili yaddaşda xeyli artıb, 16 QB-dan 32 QB qədər. Yaddaş həcminin belə təsir edici dərəcədə genişlənməsi Samsung Galaxy А5 2017, Samsung Galaxy А5 2016-la müqayisədə “bir addım irəli” edir. Sevdiyiniz musiqini, əlavələri, çəkilmiş şəkil və videoları artıq “cibinizdə” özünüzlə gəzdirə bilərsiniz.
Galaxy A5 2016 müqayisədə aparatın məhsuldarlığıda artıb. Yeni GalaxyA5 (2017) operativ yaddaş 2QB yerinə 3QB təşkil edir(RAM). Eyni zamanda prosessorda sürətlənib və 1.9 QHz tezliyində işləyir (1.6 QHz əvəzinə). Bu buraxılışda da Samsung kampaniyası multifunksionallığı və cəldliyi təmin edən güclü içlik tendensiyasını qoruyub saxlayır.
Yenilənmənin məntiqi sonu akkumulyator oldu. Samsung Galaxy А5 2017 3000 mAh həcmli batareya ilə təchiz olunub. Burada 2016-cı ilin modelindəki kimi tez şarj toplama funksiyası da mövcuddur. Lakin şarj yuvası yeni nəsil USB Type C ilə əvəz edilmişdir – indi kabeli hər bir yöndən qoşmaq olar!
Yeni Samsung Galaxy A5 2017-nindəyişiklikləri haqda qısa məlumat budur. 2016 ilin modeli ilə müqayisədə olan dəyişikliklərlə daha ətraflı, aşağıda verilmiş cədvəldən tanış ola bilərsiniz.
| Galaxy A5 (2016) | Galaxy A5 (2017) |
Ekran | 5.2-duymlu Full HD Super AMOLED, 424ppi, Corning Gorilla Glass 4 | 5.2-duymlu Full HD Super AMOLED, 424ppi, Corning Gorilla Glass 4, Always On Display |
Əsas Kamera | 13-meqapiksel CMOS, f/1.9, avtofokus, optik stabilizasiya, 1080p video yazılışı | 16-meqapiksel CMOS, f/1.9, avtofokus, optik stabilizasiya, 1080p video yazılışı |
Frontal Kamera | 5- meqapiksel, f/1.9, video yazılışı | 16- meqapiksel, f/1.9, video yazılışı |
Prosessor | Exynos 7580, 1.6 Qhz, səkkiz nüvəli CPU və qrafika Mali-T720MP2 | Exynos 7880, 1. 6 Qhz, səkkiz nüvəli CPU və qrafika Mali-T830MP3 |
RAM | 2 QB | 3 QB |
Yaddaş | 16 QB daxili yaddaş, microSD (128 QB qədər) | 32 QB daxili yaddaş, microSD (256 QB qədər) |
Proqram təminatı | Android 5.1.1 Lollipop, Android 7.0 qədər yenilənmə ilə | Android 6.0.1 Marshmallow, Android 7.0 qədər yenilənmə ilə |
Akkumulyator | 2,900 mAh, tez şarj | 3,000 mAh, tez şarj |
Rabitə | İki sim kart, LTE, FM-radio, ikidiapazonlu Wi-Fi a/b/g/n, Wi-Fi Direct, Bluetooth v4.1, GPS, microUSB v2.0 OTG dəstəyi ilə | İki sim kart, LTE, FM-radio, ikidiapazonlu Wi-Fi a/b/g/n/ac, Wi-Fi Direct, Bluetooth v4.2, GPS, USB Type-C OTG dəstəyi ilə |
Digər | Samsung KNOX, barmaq izi skaneri, Samsung Pay (NFC) | Samsung Pay (NFC и MST), KNOX barmaq izi skaneri, IP68 standartına uyğun müdafiə və USB Type-C portu |
Yeni Samsung Galaxy А5 2017 ilə biz bütün vacib maddələr üzrə təkmilləşdirilmiş xüsusiyyətləri olan smartfon əldə etdik. Galaxy А5 (2017) flaqman sayağı xoş və rahat dizaynı və yüksək məhsuldarlığı ilə premiumu sərfəli edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 21 saat sonra
-
22 d. əvvəl
Qızıl üçün həlledici gün – ABŞ-da açıqlanacaq məlumat qiyməti silkələyə bilər
-
25 d. əvvəl
Qızıl bu həftə 3%-dən çox ucuzlaşıb - ikinci həftədir investorları məyus edir
- 50 d. əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
15 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
15 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Ən çox oxunanlar
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
























