"Azersun Holding" baş sponsor oldu
Azersun Holding 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) baş sponsoru olub.
“Qeyd etməliyəm ki, qeyri-neft sektoru Azərbaycanın gələcək inkişafında vacib rol oynayacaq”, - deyə Azersun Holding-in Müşahidə Şurasının sədri Abdolbari Goozal söyləyib. “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Biznes inkişaf etməli və yüksəlməlidir. Bu halda iş yerlərinin sayı da artacaq. Bundan əlavə, dövlətə əlavə gəlir gələcək. Ən əsası isə həmin vəsait ölkədə qalacaq. Biznes inkişaf etdikcə vətəndaşların rifahı da yüksələcək. Bu baxımdan Azərbaycanda qəbul edilmiş həm yerli, həm də əcnəbi investorları istiqamətləndirən “yol xəritələri” mühüm əhəmiyyət kəsb edir. Biz anlamalıyıq ki, ixracyönümlü məhsulların istehsalı ölkə iqtisadiyyatının yüksəlişi üçün əhəmiyyətli töhvədir”, - deyə iqtisadiyyatın müxtəlif sahələrinə aid layihələrin müzakirəsi üçün ənənəvi meydana çevrilən Caspian Energy Forum-un keçirilməsinin vacibliyini dilə gətirən Abdolbari Goozal vurğulayıb. “Bizim fikirimizcə, Caspian Energy Forum konkret ideyaların, layihə və innovasiya məhsullarının həyata keçirilməsi üçün dövlət və özəl sektorun birgə səylərini dəstəkləmək zərurəti baxımından bu gün xüsusilə aktualdır”, - deyə Abdolbari Goozal söyləyib.
“Azersun Holding Caspian European Club-a (Caspian Business Club) daxil olan və 15 il ərzində Klubu dəstəkləyən ilk holdinqlərdən biridir. Caspian Energy Forum-un daimi iştirakçısı olan Azersun Holding baş sponsor statusunu qazanmaqla forumun Azərbaycan və bütün Xəzər-Qara dəniz regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini növbəti dəfə sübut etdi”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Azersun Holding Azərbaycanın nəhəng qeyri-neft holdinqidir. Şirkətlər qrupuna qida sənayesi, kənd təsərrüfatı, qablaşdırma və kağız sənayesi və ticarət sahələri üzrə ixtisaslaşmış 30-dan çox müəssisə daxildir. Bu siyahıya yağ-piy məhsullarının istehsalı və emalı zavodları, çayqablaşdıran fabriklər, konserv zavodları, qablaşdırma və kağız məhsullarının istehsalı fabriki, şəkər zavodu və parça qənd-rafinad istehsalı üzrə regionun nəhəng fabriki, yodlaşdırılmış duz istehsal edən zavod, süd kombinatı, fındıq emalı zavodu, mal-qara yemi istehsal edən zavod, həmçinin müxtəlif bitkilərin becərilməsi ilə məşğul olan geniş kənd təsərrüfatı müəssisələri kompleksi daxildir.
Qeyd edək ki, Caspian Energy Forum-2017-də Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov; Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev; Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Akademik Ziyad Səmədzadə; Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə; Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Aydın Əliyev; Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov; Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov; Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə energetika departamentinin rəhbəri Aidə Sitdikova və digərləri öz iştiraklarını təsdiqləyiblər.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol Ltd” MMC, SİNAM və AzMetco ASC-dir.
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 d. əvvəl
30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
- 5 d. əvvəl
-
-
22 d. əvvəl
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
-
27 d. əvvəl
“Azexport” 5000-dən artıq üzvü olan “Shinseikai” platforması ilə anlaşdı
- 40 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azercell-dən xüsusi “OPPO” kampaniyası!
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
Neftdə 500 milyard dollarlıq risk barədə xəbərdarlıq
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
Martın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu gün FED faiz qərarını açıqlayacaq
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
Azərbaycan neftinin son qiyməti
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır


















