"Şirkətlər cərimələnir, məhkəmələr sübutları nəzərə almırlar"

Tanınmış istehsalçı və ixracatçı qısa müddətdə 150 min avroya yaxın (təxminən 300 min manat) cərimə ilə qarşı-qarşıya qalıb
Nizami rayon məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC-ni (“Ulduz” Şokolad Fabriki) İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 48 min 128.60 Avro məbləğində cərimələyib.
"Marja"nın əldə etdiyi məlumata görə, həmçinin bu ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən “Veysəloğlu - Yaycılı Qardaşlar” MMC Nizami rayon məhkəməsinin qərarı ilə eyni maddə üzrə 111 min 150 Avro məbləğində cərimə edilmişdir.
XARİCDƏN İSTEHSAL AVADANLIĞI ALAN SAHİBKAR CƏRİMƏLƏNİR
Cərimələr ilə əlaqədar şirkətdən "Marja"ya bildirildi ki, valyuta qanunvericiliyində bir sıra boşluqlar və onun tətbiqi praktikasında qüsurlar Maliyyə Bazarlarına Nəzarət Palatasına ölkəyə mürəkkəb avadanlıqlar idxal edən sahibkarlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməyə əsas verir. Bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatası və məhkəmələr tərəfindən xətanın yaranmasına səbəb olmuş və təqsiri istisna edən hallar və sübutlar nəzərə alınmır.
Şirkətin rəyincə, hazırki valyuta qanunvericiliyi və onun tətbiqi təcrübəsi müasir günümüzdə sahibkarlığın inkişafı, investisiyaların, daxili istehsalın və ixracın təşviqi istiqamətində aparılan ümumi siyasətin məqsədlərinə və ruhuna uyğun gəlmir, bu istiqamətdə atılan addımlara ciddi maneəçilik yaradır.
"QEYRİ-NEFT SEKTORNUN İNKİŞAFINA CİDDİ ƏNGƏL YARADIR"
Şirkətdən bildirildi ki, bu sahədə zəruri dəyişikliklərin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Milli Məclisə, İqtisadiyyat Nazirliyinə müraciətlər edilmişdir. Bu dəyişikliklər mümkün qədər tez edilməzsə ölkədə real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi əngəl yaranacaqdır.
Qeyd edək ki, “Veysəloğlu - Yaycılar Qardaşları” MMC ölkənin ən iri qənnadı müəssisəsi olmaqla yanaşı, həm də 20-dən çox ölkəyə müxtəlif qənnadı növləri ixrac etməkdədir.
Son dövrdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycanda bir çox şirkətləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndi ilə məsuliyyətə cəlb etmiş, bu da sahibkarların haqlı narazılıqlarının artmasına və investisiyaların azalmasına səbəb olmuşdur.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən,
Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Əks halda banklar sənədləri Palataya təqdim edir və yekunda idxalçı cərimələnir.
Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

JCB Azərbaycanda aqrar sektordakı mövqeyini gücləndirir: Tegeta Motors Baku “DairyRally 2025”in qızıl sponsoru oldu

"Ziraat Bank Azərbaycan" “FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
28 d. əvvəl
Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı -SAZİŞ İMZALANDI
- 31 d. əvvəl
-
-
31 d. əvvəl
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
-
49 d. əvvəl
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda Avronun məzənnəsində son 4 ilə yaxın müddətdə bir ilk - AVRO "UÇUR"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır

Sabahın hava proqnozu açıqlanıb

İran Prezidenti Xankəndiyə səfər edəcək

Bu gündən müavinət və təqaüdlər artırıldı

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı
Ən çox oxunanlar

Manato-nun gözlənilən kredit zərərlərində böyük artım

Gələcəyin hüquqşunasları bu gün yetişir - FOTOLAR

Azərbaycan neftinin qiyməti 72 dollara düşüb

Rəsmi məzənnələr açıqlandı

Dövlətə xəyanət ittihamı ilə həbs olundu
