Əmanətlərin Sığortalanması Fondu mənfəət və zərər hesabatını gizlətdi
Ötən il Əmanətlərin Sığortalanması Fondunun aktivləri azalıb.
"Marja" Fondun audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2017-ci ilin sonunda 991 milyon 445 min manat olmuş cəmi aktivlər 2018-ci ilin sonunda 952 milyon 341 min manata düşüb. Aktivlərin azalmasının əsas səbəbi pul vəsaitlərinin azalmasıdır. Aktivlərin 83%-ni dövlət vekselləri təşkil edir.
Ötən il Əmanətlərin Sığortalanması Fondunun cəmi öhdəlikləri 85 milyon 676 min manatdan 11 milyon 705 min manata geriləyib. Çəmi öhədliklərin azalması kompensasiya ödənişləri üzrə öhdəliklərin azalması ilə bağlıdır.
Ötən ili Fondun yığılmış sığorta ehtiyatları üzrə kəsiri azalıb (bağlanan banklara və digər xərclərə görə ehtiyatlar itirilib). 2017-ci ilin sonunda yığılmış sığorta ehtiyatları üzrə kəsir 472 milyon 934 min manat ikən, 2018-ci il ərzində 92 milyon 979 min manat azalaraq 334 milyon 955 min manata düşüb. Kəsir fondun 1 milyard 276 milyon manatlıq ödənilmiş kapitalı hesabına aradan qaldırılır.
Yığılmış sığorta ehtiyatlarının 92 milyon 979 min manat azalması Fondun ötən il bir bu qədər mənfəət əldə etdiyinə işarədir.
Fond mənfəət və zərər hesabatını dərc etməyib. Bu səbəbdən Fondun gəlirləri və xərcləri barədə məlumat təqdim edə bilmirik.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
Əmanətlərin Sığortalanması Fondu sığorta ehtiyatlarını - kompensasiyaların ödənilməsi, illik büdcə çərçivəsində Fondun idarə edilməsinə və əmlakının alınması, borc öhdəliklərinin ödənilməsi məqsədlərilə istifadə edilə bilər.
Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşdırılır.
- iştirakçı bankların üzvlük haqları;
- iştirakçı bankların təqvim haqları;
-iştirakçı bankların əlavə haqları;
- Fondun buraxdığı uzunmüddətli borc öhdəlikləri hesabına cəlb olunan vəsait;
-iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;
-cari xərclər çıxılmaqla, Fondun vəsaitinin idarə olunması nəticəsində əldə edilmiş gəlir;
-qrant, ianələr və ya qanunvericilikdə qadağan edilməmiş digər mənbələrdən daxil olan vəsaitlər;
-kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri;
-reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici bankın yerli filialından alınan vəsaitlər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir






















