Manatın güclü qalması ilə Dövlət Neft Fondu 1,6 milyard manat zərərə düşüb
Mühüm valyutaların Azərbaycan Manatına qarşı ucuzlaşmaları Dövlət Neft Fonduna 1,6 milyard manata başa gəlib
2018-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər (zərər) 1 milyard 589,8 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlirlər manat ifadəsində 32,5 milyon manat təşkil etmişdir.
"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.
Xüsusilə türk lirəsinə və rus rubluna qoyulan investisiyaların dəyərdən düşməsi Fondun gəlirliyinə (ABŞ dollarında ifadə edilən) mənfi təsir göstərmişdir.
Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri 913,7 milyon ABŞ dolları təşkil etmişdir (Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar).
Rəydə qeyd edilib ki, 2018-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 60 milyard 304,3 milyon manat və ya 35 milyard 806,5 milyon dollar təşkil etmişdir. 2018-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun gəlirlərinin ümumi həcmi 17 milyard 614,1 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 milyard 310,8 milyon manat) 115 faiz səviyyəsində icra edilmişdir. 2018-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 milyard 455,6 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 milyard 480,2 milyon manat) 99,8 faiz səviyyəsində icra olunmuşdur. 2018-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 6 milyard 158,5 milyon manat profisit yaranmışdır ki, bu da 2017-ci il ilə müqayisədə (1 milyard 122 milyon manat) manat ifadəsilə 5 milyard 36,5 milyon manat və yaxud 4,5 dəfə çoxdur. Beləliklə, 2018-ci il ərzində 3 milyard 622,4 milyon ABŞ dolları yığıma yönəldilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin (15,3– 11,5) 3,8 milyard manat məbləğində profsitlə proqnozlaşdırıldığı halda, büdcə gəlirlərinin planlaşdırılmasının baza göstəricisi olan 1 barel xam neftin orta illik ixrac qiymətinin 55,0 ABŞ dolları nəzərdə tutulmasına baxmayaraq 2018-ci il ərzində faktiki orta çəkili satış qiymətinin 71 ABŞ dolları olması, Azəri-Çıraq-Günəşli yatağında hasilat həcminin nəzərdə tutulmuş proqnoza qarşı 4,5% artması, bununla da büdcə gəlirlərinin proqnoza nisbətən 115% icrası nəticəsində Fondun büdcə gəlirlərinin xərclərini üstələməsinə və nəticədə 6,2 milyard manat (3,6 milyon ABŞ dolları) həcmində proqnozlaşdırıldığından daha çox profisitin yaranmasına şərait yaratmışdır.
2018-ci ilin 1 yanvar tarixinə ABŞ dolları ifadəsilə Dövlət Neft Fondunun vəsaiti 35 milyard 806,5 milyon təşkil etmişdir. 2018-ci il ərzində Fondun gəlirlərinin ümumi həcmi 10 milyard 361,0 milyon ABŞ dolları, xərcləri 6 milyard 738,6 milyon ABŞ dolları, ABŞ dolları ilə ilin sonuna büdcə profisiti 3 milyard 622,4 milyon təşkil etmişdir. Fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsi ilə əlaqədar Fondun 913,7 milyon ABŞ dolları məbləğində büdcədənkənar xərci yaranmışdır. Beləliklə, 2018-ci ilin 31 dekabr tarixinə Fondun aktivləri ABŞ dolları ifadəsi ilə ilin əvvəlinə nisbətən 2 milyard 708,7 milyon ABŞ dolları və yaxud 7,6 faizə qədər artaraq 38 milyard 515,2 milyon ABŞ dolları təşkil etmişdir.
2018-ci ildə Dövlət Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri və Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil etmişdir. Gəlirlərin böyük hissəsini və yaxud 94,5 faizini mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirlər, 4.3 faizini bonuslar, 1,02 faizini vəsaitlərin idarə edilməsi ilə bağlı gəlirlər təşkil etmişdir. Tranzit haqları, akrhesabı ödənişlər və digər gəlirlər Fondun ümumi gəlirlərinin 0,2 faizini təşkil etmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
7 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 10 saat əvvəl
-
11 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















