Xidməti Avropa, qiyməti Azərbaycansayağı istəyən müştərilər
“Marcom” Marketinq və PR şirkətinin Satış direktoru Taleh Kərimovun "Marja"ya müsahibəsi
-Bu gün bazarda şirkətlər tərəfindən ən çox sifariş olunan xidmət və ya xidmətlər hansılardır?
-Bu gün bazarda şirkətlər arasında sifariş olunan xidmətlərin ardıcıllığını bu cür təyin edərdim. Marketinq xidmətləri üzrə bazarda birinci yeri sosial medianın idarə olunması, ikinci yeri korporativ və e-kommers tipli veb platformaların hazırlanması, üçüncü yeri google üzərindən verilən reklamlar və SEO Optimizasiya xidmətləri tutur. Qeyd olunan xidmətlər üzrə keyfiyyət isə marketinq xidmətlərini göstərən şirkətin tərkibində fəaliyyət göstərən əməkdaşların peşəkarlığından irəli gəlir.
-Yerli bazarda marketinq xidmətləri təklif edən və bu xidmətdən faydalanan şirkətlər hansı problemlərlə üzləşirlər?
-Bazarda marketinq xidmətləri təklif edən şirkətlər hər ötən il artmaqda davam edir. Bu bazarda rəqabət mühitinin formalaşması baxımından normaldır. Lakin artım tendensiyasına baxmayaraq bir çoxları qısa müddətdən sonra bazarı tərk etməli olurlar. Bunun səbəbləri isə müxtəlifdir. Səbəb kimi bazarın düzgün araşdırılmaması, şirkətin strategiyasının olmaması, cəlb olunan kadrların kifayət qədər peşəkar olmaması və maliyyə çətinliklərini əsas gətirmək olar. Hər iki tərəfin üzləşdiyi problemlərə gəlincə isə burada vəziyyət biraz qarışıqdır. Bazardan pay almaq istəyən yeni açılmış və ya fəaliyyəti tənzimlənməyən bir sıra marketinq şirkətləri peşəkar kadrları, müvafiq maddi texniki bazası, o cümlədən maliyyə dayanıqlığının olmaması səbəbindən ilkin mərhələdə onlara inanan kiçik və orta şirkətləri yarı yolda qoyur. Həmin şirkətlər görəcəkləri işlərlə bağlı hər hansı bir yol xəritəsi təqdim etmir, şirkətin fəlsəfəsini, fəaliyyət istiqamətini dərindən analiz etmir, mövcud vəziyyəti təhlil etmədən gərəksiz marketinq alətləri təqdim edir. Təcrübələrimiz göstərir ki, marketinq xidmətlərindən faydalanmaq istəyən şirkətlərin ən çox rastlaşdığı problem, xidməti göstərən marketinq şirkətinin öz işini natamam, plansız və qeyri peşəkar şəkildə görməsidir. Nəticədə müştəri reanimasiyaya düşür. Reanimasiyada olan müştərini də bazara qaytarmaq bizim üçün olduqca çətin olur. Əvvəlki marketinq şirkətinin müştəriyə vurduğu maddi və mənəvi zərər bizə görüş zamanı sifarişçi şirkəti inandırmağımıza çətinlik yaradır. Məhz bu səbəbdən də biz bazarı sağlamlaşdırmaq və qorumaq üçün marketinq audit adlı xidmət yaradıb şirkətlərin istifadəsinə vermişik.
-Müştərilər hər hansı bir marketinq xidmətini sifariş etdikdə nə istədiklərini tam şəkildə izah edə bilirlərmi?
-Hal-hazırda müştərilər arasında bir neçə yanaşma forması mövcuddur. Onlardan ən çox rast gəlinənləri nə istədiklərini bilməyənlər, istəklərini bildiyi halda marketinq şirkətlərinə müraciət edib ona yol göstərənlər və xidməti Avropa, qiyməti Azərbaycan sayağı istəyən müştərilərdir. Hər 3 kateqoriya müştəri ilə işləmək olduqca çətindir. Marketinqə bu fəlsəfə ilə yanaşan şirkətlərdə adətən marketinq departamenti olmur və ya onun işlərini bu sahədən anlayışı olmayan şəxs görür ki, bu iş prosesini uzadır, işin keyfiyyətinə təsir edir və nəticədə ortaya natamam bir iş çıxır.
-Marketinq şirkətləri yerli bazarın marketinq tələblərini tam şəkildə ödəyə bilirlərmi?
-Gündəlik keçirilən görüşlərdən, eləcə də bazardakı şirkətlərin həyata keçirdikləri və etdikləri yenilikləri izləyərək deyə bilərəm ki, yerli bazarın marketinq tələbləri tam şəkildə ödənmir. Bunun səbəblərini isə əvvəlki suallarda ətraflı şəkildə izah etmişəm. Sifarişçi şirkət ilə marketinq şirkəti arasında etibar olmalıdır. Marketinq xidmətləri təklif edən istər şirkət, istərsə də frilans şəxslər sifarişçinin bu sahədə olan biliyinin kifayət qədər olmamasından istifadə edib onu aldatmamalıdır. Bu bazar hamımızındır. Onu qorumaq və inkişaf etdirmək lazımdır. Hərdən maddi maraqları kənara qoyub, sadəcə bazara töhfə vermək üçün müəyyən işlər görməkdə fayda var.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 23 saat sonra
-
-
2 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
-
19 saat əvvəl
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
-
20 saat əvvəl
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
-
22 saat əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
22 saat əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
22 saat əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
“Şəfəq” yarımstansiyasının açılışı olub
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
Ən çox oxunanlar
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub







.jpg)








.jpg)







