"Atropatena" sərhədlərini genişləndirir!
Yerli istehlakçılar arasında inam və etibar qazanmış “Atropatena” şirkəti hədəflərini böyüdərək ixracata yönəlib. Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirirlir ki, bu, ölkənin iqtisadi siyasətinə həm uyğundur, həm dəstəkdir.
Məlumatda qeyd edilir ki, süd məhsulları istehsalı insanların sağlamlığı və həyat tərzi ilə birbaşa bağlı olduğuna görə iş prinsiplərində həddindən artıq diqqət və şəffaflıq mütləqdir. Bu keyfiyyətlərlə yanaşı yeni texnologiyalara və innovasiyalara uyğun iş metodu müəyyən etmək də ayrı bir bacarıq tələb edir. Tətbiq etdiyi süd texnologiyaları və iş metodu ilə tək Azərbaycanda yox, ölkədən kənarda da özünə inam və bağlılıq yaratmış şirkətlərdən biri də məhz "Atropatena" şirkətidir.
“Atropatena” şirkətinə məxsus “Atena” markası bu gün yerli süd və süd məhsulları bazarında 8 kateqoriyada 55 adda məhsulla istehlakçıların sevimlisinə çevrilib. Yerli istehlakçı təbii və təravətli süd məhsulunu rahatlıqla ayırd edə bilir. Ona görə də “Atena” onlar üçün əvəzedilməz rol oynayır.
“Bütün dünyada mövcud olan iqtisadi çətinlik ölkəmizdə də hiss olunur. Bu dövrdə iqtisadiyyatımızı gücləndirmək üçün ixracatın artırılması önəmlidir. “Atropaten”a şirkətinin yerli istehsalla yanaşı ixracata fokuslanması ölkəmizin iqtisadi siyasətinə tam uyğundur. Bununla bərabər yerli istehsal həm kənd təsərrüfatı sahəsinə dəstək verir, həm də münasib qiymətə alıcıları keyfiyyətli məhsulla təmin edir”.
Məlumatda bildirilir ki, “Atena” məhsulları artıq bir neçə aydır ki, Rusiya bazarına ixrac edilir. Bundan başqa hədəfdə Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq və Ərəb ölkələri var. “Atropatena” şirkətinin müəyyən etdiyi bu hədəfə çatmaq üçün ciddi işlər görülməkdədir.
“Atropatena şirkəti keyfiyyətli “Atena” məhsullarını ixrac etməklə həm ölkə iqtisadiyyatına, həm ölkədən kənarda Azərbaycan imicinin formalaşmasına öz ciddi töhfələrini verməkdədir. Yerli şirkətlərin bu cür strateji addımlar atması təqdirə layiqdir. Biz inanırıq ki, yerli şirkətlərin bundan sonrakı planlarında bu tipli — həm ölkə iqtisadiyyatına dəstək, həm bazarın genişləndirilməsi - strateji prinsipləri üstün tutması ölkəmizin iqtisadi inkişafında ciddi rol oynayacaq”,- şirkətdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















