"Tələbələr xarici təhsil şirkətlərinə inanmasınlar"
56 min dollarlıq təqaüd qazanan azərbaycanlı: "Təhsil şirkətləri mənə demişdilər ki, sən heç vaxt təqaüd qazana bilməzsən"
“Dünyanın bir neçə nüfuzlu ali təhsil müəssisələrinə sənədlərimi göndərən zaman çox əziyyət çəkdim. Bunların arasında Türkiyənin Sabancı Universitetini seçməkdə məqsədim vardı”.
Bu fikirləri açıqlamasında Türkiyədə ali təhsil almaq üçün 56 min dollar təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyev deyib.
O qeyd edib ki, Amerikada qazandığı 4 universitetə sənədlərini özü yollamayıb: “Həmin universitetlərə sənədlərimi xarici təhsil şirkətlərindən biri yollamışdı. Ödənişlər isə həddindən artıq çox idi. Mən şərtləri belə düşünmürdüm. Həmin universitetlərdən, demək olar ki, təqaüd qazana bilmədim. Təxminən, çox az, yəni 10-15 faiz təqaüd qazandım. Bu da həmin təhsil şirkətinin səhvi idi. Ona görə də xaricdə təhsil şirkətlərinə inanmaq lazım deyil və bununla bağlı da sosial şəbəkədəki hesabımda ayrı status yazacağam”.
Y.Quliyev bildirib ki, ali təhsil müəssisələrinə sənədləri abituriyentlər özləri göndərməlidir: “Çünki tələbəni özündən yaxşı tanıyan yoxdur. Ona görə də mən gecikmişdim. Qərara gəldim ki, atamla birlikdə İstanbula gedək. Sabancı Universitetinin professor heyəti qarşısında bir saatlıq özüm haqqında təqdimat etdim. Həmin anda mənə dedilər ki, sənə 72%-lik təqaüd və yataqxana xərclərinin hamısı qarşılayacağıq. Bunu mənə həmin anda dedilər, qəbul şöbəsindən gəldilər. Orada dedilər ki, bizim universitetdə oxu. Dedilər ki, yenə dəyərləndirmə olacaq. Dünən mənə universitetdən cavab göndərildi. Halbuki təhsil şirkətləri mənə demişdilər ki, sən heç vaxt təqaüd qazana bilməzsən. Hətta 5 faizlik belə təqaüd qazanmayacan. Tələbələrə müraciət edirəm ki, xarici təhsil şirkətlərinə inanmasınlar. Pul götürüb sadə tələbə kimi qeydiyyatdan keçirirlər və sonradan onlar hər hansı bir təqaüd qazana bilmirlər. Sentyabrdan dərslər başlayacaq. Hesab edirəm ki, sənəd işlərimi gələn həftə üçün tam yekunlaşdıracağam”.
Qeyd edək ki, Y.Quliyev təhsilini Sabancı Universitetində "Kompüter mühəndisliyi" bölümündə davam etdirəcək.
Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























