Türkiyənin xarici ticarət kəsiri 63,1% azalıb
Türkiyə Statistika Komitəsinin məlumatına görə, Türkiyənin ixracı 2019-cu ilin fevral ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə 3,4% artaraq 13 milyard 593 milyon dollar, idxalı isə 16,9% azalaraq 15 milyard 727 milyon dollar təşkil edib.
"Marja" xəbər verir ki, xarici ticarət kəsiri 63,1% azalıb.
Belə ki, Fevral ayında xarici ticarət kəsiri 63,1% azalaraq 2 milyard 134 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2018-in Fevral ayında 69,4% ikən, 2019-un Fevral ayında 86,4%-ə yüksəlib.
İxracda Almaniya, idxalda Rusiya birinci yeri tutub
Almaniyaya aparılan ixrac 2019-un Fevral ayında 1 milyard 225 milyon dollar təşkil edib. Növbəti yerlərdə 857 milyon dollar ilə Birləşmiş Krallıq, 815 milyon dollar ilə İtaliya və 741 milyon dollar ilə İspaniyadır. Rusiyadan edilən idxal 2019-cu ilin Fevral ayında 1 milyard 577 milyon dollar təşkil edib. Bu ölkənin ardınca 1 milyard 371 milyon dollar ilə Çin, 1 milyard 347 milyon dollar ilə Almaniya və 842 milyon dollar ilə ABŞ gəlir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
İdxalın və xirici ticarət kəsirinin azalmasına baxmayaraq bu gün də Türk Lirəsi Dollar qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 11:40-da Dollar/TL məzənnəsi 1,4% artımla 5.6385 səviyyəsində olub. Bu gün Dollar/TL məzənnəsinin Türkiyədəki seçki öncəsi son əməliyyat günüdür. Bazar günü Türkiyədə bələdiyyə seçkisi keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"























