Xidmət haqqı almaq yerinə onu seçdiyiniz üçün sizə ödəniş edir - İNQİLABİ YENİLİK
"Apple"ın yeni məhsullarından biri "Apple Card"dır. Üzvlük ödənişi olmayan və "Wallet" tətbiqi üzərindən idarə olunan bu kredit kartı ilə edilən alış-verişlərdə "xərclədikcə pul qazan" sistemi aktiv olaraq istifadə ediləcəkdir. "Apple Pay" qəbul edilən hər yerdə "Apple Card" etibarlı olacaqdır. Kartın titandan hazırlanacaq fiziki versiyası da təqdim ediləcəkdir. Üzərində hər hansı bir məlumat olmayan bu kart yenə "Wallet" tətbiqi ilə idarə olunacaq.
ABŞ-ın "Apple" şirkəti yeni "Apple Card" məhsulunu təqdim edib.
"Marja"nın məlumatına görə, təqdimatda şirkətin İcraçı direktoru Tim Kuk çıxış edərək "Apple Pay"ın bu il 10 milyard dollar əməliyyat həcmini keçəcəyini bildirib. O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının 70%-ində "Apple Pay" istifadə etmək mümkündür. Bu nisbət Avstraliyada 99%-ə çatmış vəziyyətdədir. Hələ bir çox ölkədə istifadə edilə bilinməyən "Apple Pay" bu ilin sonuna qədər 40-dan çox ölkədə istifadəyə təqdim ediləcək.
İnqilabi bir məhsul olan "Apple Pay" təcrübəsini inkişaf etdirmək istədiklərini qeyd edən Tim Kuk, ən yeni məhsulları olan "Apple Card"ı təqdim edib.
Sonra məhsulun xüsusiyyətləri haqqında detallı məlumat verilməsi üçün sözü "Apple Pay" məsulu üzrə direktor köməkçisi Jennifer Bailey alıb.
Bütün "Apple" məhsulları ilə inteqrə olunmuş şəkildə çalışacaq "Apple Card"dan istifadə etmək üçün "iPhone" ilə üzv olmağınız kifayətdir. Bailey, "telefonunuzla hər yerdə istədiyiniz kimi istifadə edə biləcəksiniz. Bu da kartınızı itirmək qorxusunu ortadan qaldıracaq" deyib.
Rahat bir maliyyə həyatınızın olmasını hədəfləyən "Apple Card", "iPhone" üzərindən birbaşa mesajlar ilə "Apple Card"ınız üzərindəki hər hansı bir dəyişikliyi etmənizə imkan verir.
Bütün ödəmələrinizi avtomatik olaraq kateqoriyalara ayıran "Apple Card", "Apple Maps" ilə inteqrə bir şəkildə çalışır. Xərcləmə etdiyiniz kateqoriyalar ayrı rənglərlə qeyd edildiyi üçün maliyyə hesablarınızı və ya araşdırmalarınızı asanlıqla apara biləcəksiniz.
"Daily Cash" xüsusiyyəti sayəsində "Apple Card" ilə pul xərcləyərkən pul qazana biləcəksiniz. Xərclədiyinizə müvafiq olaraq hər gün pul qazanacağınız bu modeldə qazandığınız şey bal deyil, gerçək pul olduğu üçün yenə istədiyiniz kimi xərcləyə biləcəksiniz. Modelin iş prinsipi belədir: Gündəlik standart xərcləmələrinizin 2%-i qədər gündəlik pul qazanacaqsınız. Apple məhsulları aldığınız zaman isə xərclədiyiniz pulun 3%-i qədər pulu geri qazana biləcəksiniz. Üstəlik gündəlik qazanma limiti yoxdur.
Digər bank kartlarının əksinə "Apple Cash" hər hansı bir istifadə ödənişi tələb etmir lokal və qlobal istifadələr də buna daxildir. "Daily Cash" xidmət haqqı almaq yerinə onu seçdiyiniz üçün sizə ödəniş edir.
"Apple Card" aləti, "Goldman Sachs" və "Mastercard" ilə əməkdaşlıq edilərək yaradılmışdır. Kartın əhəmiyyətli bir xüsusiyyəti də gizlilik və təhlükəsizlikdir. Təhlükəsizliyə çox önəm verdiklərini qeyd edən Bailey, istifadəçilərin "Apple Card"ı "Touch ID" və "Face ID" ilə istifadə edəcəklərini qeyd edib. Bu sayədə telefonunuza bir şey olsa belə kartınızın istifadə edilə bilməsi çox çətin olacaqdır.
"Apple" harada nə aldığınızı və nə qədər xərclədiyinizi öz serverlərində saxlamır və "Goldman Sachs" ilə bərabər çalışan Apple məlumatlarınızı üçüncü şirkətlərlə paylaşmayacağını bəyan edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Apple Card"ın titandan hazırlanmış fiziki kart versiyası da olacaqdır. Kartın üzərində hər hansı bir kart nömrəsi, cv və ya imza yoxdur. Bu səbəbdən olduqca etibarlı görünür. Bu kartı istifadə edərək dünyanın hər hansı bir yerində edəcəyiniz alış-verişlərdə 1% geri qazanacaqsınız.
Bu yay ABŞ-da istifadəyə təqdim ediləcək bu xidmətin nə vaxt Azərbaycanda çalışacağı bilinmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 45 d. əvvəl
-
51 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti



























