SOCAR İsveçrədə tenderin qalibi oldu

“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanmışdır.
"Marja" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur.
Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.
Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektirk enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul etmişdir. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət etmişdir. Bu sahədə uzunmüddətli təcrübəyə malik “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirmişdir.
“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanmış, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanmışdır. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.
“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur:
“Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk.”
SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışını təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 ''premium'' pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi altında xidmət göstərir. Bundan başqa, SOCAR Energy Holdings (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada A1 şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan Pronto Oil şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satışı bazarına daxil olmuşdur.
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
1 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
-
1 gün əvvəl
Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
-
1 gün əvvəl
Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
-
1 gün əvvəl
VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib
Son Xəbərlər

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizdir

Azərbaycanda tikinti materiallarının istehsalı azlıb

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
Ən çox oxunanlar

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir

Məzuniyyət, hesablanma qaydası və kompensasiya - VİDEO

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı 20 milyon manata yaxın azaldıldı

Bu il Azərbaycanda 1 milyon 583 min ton buğda istehsal olunub

Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən güclü artıb
