Mars planetinə uçuş biletinin qiymətini elan etdi
SpaceX şirkətinin CEO-su Elon Musk əmindir ki, Mars planetinə uçuş biletini hər bir insan ala biləcək. Bunun üçün sadəcə olaraq Yer kürəsində yaşayan hansısa bir şəxs öz evini satmalı və Mars planetinə uçuş biletini almalıdır. Həmçinin Mars planetinə uçacaq ilk kolonistləri bonus təklif də gözləyir. Belə ki, Yer kürəsinə geri dönüş biletini almağa ehtiyac qalmayacaq.
Bu barədə Hightech.plus saytı xəbər verib.
Beləliklə Elon Musk 2020-ci illərə təsadüf edəcək Mars uçuşu biletinin qiymətini açıqlayıb.
“Mən əminəm ki, gələcəkdə bu cür uçuşun qiyməti 500.000 dollardan və hətta 100.000 dollardan aşağı olacaq” – deyə Musk öz Twitter hesabında bildirib.
Onun qiymətləndirməsinə əsasən inkişaf etmiş istənilən ölkənin vətəndaşı öz evini sataraq əldə olunmuş vəsait hesabına Marsa uçuş biletini əldə edə biləcək. Yer kürəsinə geri qayıdış biletini isə almağa ehtiyac qalmayacaq. Belə ki, şirkət bunu pulsuz reallaşdıracaq. Musk onu da qeyd edib ki, biletlərin qiymətləri həmçinin kosmik gəmidə olacaq astronavtların sayından da asılı olacaq.
SpaceX şirkəti insanları Mars planetinə Starship raket sistemi vasitəsilə çatdırmağı planlaşdırır. Şirkət artıq bu raket sisteminin kiçik versiyasını yığıb və onun testinə start verib. Gözləntilərə əsasən əvvəlki adı Big Falcon Rocket kimi tanınmış Starship kosmik sistemi özündə 100 nəfər sərnişini yerləşdirə biləcək. Musk-ın planına əsasən Mars planetinə uçuşda əsasən orda yaşayış üçün koloniya yaratmaq istəyən insanlar maraqlı olacaqlar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Technote
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 4 d. əvvəl
-
58 d. əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
1 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Ən çox oxunanlar
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar





























