"Vitol" ABŞ sanksiyaları ilə üzləşən gəmilərdə Türkmənistan neftini daşıyır
Dünyanın ən iri neft treyderlərindən biri olan "Vitol" şirkəti Krım və Suriyaya neft məhsullarının satışına görə ABŞ-ın sanksiyaları ilə üzləşən gəmiləri icarə götürməyə hazırdır.
"Vitol" ENOC (Emirates National Oil Company) şirkəti ilə xam neft ixracı üçün müqavilə bağlayıb. Xam neft Xəzərin Türkmənistan şelfində yerləşən və ENOC-un törəmə qurumu olan "Dragon Oil" tərəfindən işlənən yataqdan ixrac olunmalıdır.
Neftin daşınması əvvəldən Rusiyanın VF Tanker və Türkmənistan dəniz gəmiçiliyinə məxsus gəmilərdə planlaşdırılırdı. Sonra isə "Vitol" dənizlə yük daşınmasını ucuzlaşdırmaq qərarına gəlib və "Mekhanik Voronkov" (IMO 886719, 1971 il) və "Grigoriy Bugrov" (IMO 8848628, 1974 il) tankerlərini icarəyə götürüb.
"Mekhanik Voronkov" tankeri artıq Türkmənistanın Alaca limanına xam neftin yüklənməsi üçün yola düşüb.
Bundan başqa, "Vitol" şirkəti həmçinin ABŞ-ın sanksiyaları ilə üzləşən iki əlavə gəminin - "Marshal Tukhachevsky" (IMO 9035541) və "Stalingrad" (IMO 9690212) - icarəyə götürülməsi barədə danışıqlar aparır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 5 d. əvvəl
-
59 d. əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
1 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Ən çox oxunanlar
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar





























