Pentaqondan Ərdoğanın açıqlamasına reaksiya - "QƏBULEDİLMƏZDİR"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin bir neçə günə Fərat çayının şərqinə hərbi əməliyyata başlayacağı barədə açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) münasibət bildirib.
"Suriyanın şimal-şərqinə xüsusilə də ABŞ əsgərlərinin yerləşdiyi və ya yaxınlığında olduğu regionlara doğru atılacaq təktərəfli bir addım böyük bir qayğıdır və bu cür addımları qəbuledilməz olaraq düşünürük" - ABŞ Müdafiə Nazirliyinin sözcülərindən Sean Robertson bildirib.
"Marja" xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən Pentaqon sözçülərindən mayor Sean Robertson regiondakı təhlükəsizlik qayğılarının yeganə həllinin ABŞ ilə Türkiyə arasındakı koordinasiya və qarşılıqlı həmrəylik olduğunu bildirib.
Robertson, iki ölkə arasında koordinasiya, əməkdaşlıq və həmrəylik üçün Türkiyə ilə yaxın işləməyə və Suriya Yüksək Səviyyəli İşçi Qrupunun işinə sadiq olduqlarını qeyd edib.
Sərhəd bölgələrində təhlükəsizliyin dialoqla davamlı olduğunu qeyd edən Robertson, "Koordinasiyasız hərb əməliyyatlar ortaq məqsədlərin altını oyacaqdır", -ifadələrini istifadə edib.
Türkiyənin on illərdir əhəmiyyətli bir NATO müttəfiqi və İŞİD ilə mübarizədə qlobal koalisiyanın mühüm bir tərəfdaşı olduğuna diqqət çəkən sözçü, "Bir-birimizin təhlükəsizliyindən cavabdehik və Türkiyənin sərhəd təhlükəsizliyinə tamamilə sadiqik",-ifadələrinə yer verib.
Robertson, İŞİD ilə mübarizənin davam etdiyinə diqqət çəkərək "Koalisiya qüvvələri hazırda Orta Fərat Vadisində İŞİD-ə qarşı qarşıdurmanın ortasında olan Suriya Demokratik Qüvvələri ilə yaxından işləyir",- deyib.
Sözçü, "Bu həlledici mərhələdə İŞİD-in o bölgədə nəfəs almasına icazə verə bilmərik və verməyəcəyik. Yoxsa koalisiya tərəfdaşlarımızla əldə etdiyimiz təcrübələrimizi təhlükəyə atacağıq və İŞİD təkrar ortaya çıxmaq riskinə yol vermiş olacağıq",-deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan bunları qeyd etmişdi:
"Bizim nə Amerika rəhbərliyinə, nə də Suriyadakı Amerika əsgərlərinə qarşı bir ədavətimiz bu günə qədər olmadı. Hər şeyə baxmayaraq Amerikanı, düzgün əsaslarda görüşməyimiz şərtilə gələcəkdə də birlikdə yol gedəcəyimiz strateji müttəfiqimiz kimi görürük. Ölkəmizin davamlılıq məsələsi olaraq gördüyümüz Suriya siyasətində dərin fikir ayrılıqlarımız gələcəkdəki daha böyük iş birliklərimizin qarşısında bir mane olmasına yol verməməliyik. Bu anlayışla Fəratın şərqini separatçı terror təşkilatından xilas etməyə yönəlmiş hərəkatımıza bir neçə gün ərzində başlayacağımızı ifadə etmişik, edirik. Hədəfimiz heç vaxt Amerika əsgərləri deyil, regionda fəaliyyət göstərən terror təşkilatı nümayəndələridir. Bunu da xüsusi qeyd edirəm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
1 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
1 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
2 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
4 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























