Azərbaycanda yeni Lexus avtomobilinin satışına başlanılıb
(®) Lexus-dan ilin ən cəsur addımı. Yaponiya brendi yeni ES modelini təqdim etdi
Cəsur görünüşə hazır olun, çünki Lexus bu dəfə öz iddialarını da qabaqladı: təqdim olunan yeni ES modeli biznes sedan seqmentindəki bütün gözləntiləri aşdı. Komfort, dəbdəbə və eleqantlığına görə həmişə yüksək qiymətləndirilən ES-in yeni modelində bu keyfiyyətlər tamamilə fərqli platformada davam etdirilir: avtomobil gövdəsinin dizaynı indi daha dinamik və cəsarətlidir, idarəetmə komfortu böyük zövq verir.
Lexus ES-in Buta Palace-da keçirilən və məşhur tarzən Şəhriyar İmanovun özünəməxsus ifası ilə açılan rəsmi təqdimat mərasimində Lexus-un yerli təmsilçiləri, jurnalist və Lexus innovasiyaları ilə maraqlanan qonaqlar iştirak etdi.
Tədbirdə çıxış edən Toyota Qafqaz şirkətinin prezidenti Mitsuru Konişi ES modelinin Azərbaycanda çox böyük populyarlıq qazandığını bildirdi:
“Bizim mühəndis və dizayner heyəti çox çətin məqsəd ilə üzləşib: artıq çox keyfiyyətli olan maşını daha da təkmilləşdirib ideala çatdırmaq. Model üzərində böyük bir iş aparılıb ki, yeni ideyaların tətbiqi həm Azərbaycanda, həm də bütün dünyada müştərilərin məmnuniyyətini qazansın”. Bu sözləri deyən Konişi ES modelinin yeni nəslinin yapon dizayn ənənələrinə sadiq qaldığını və bunun bütün Lexus model sırası üçün çox önəmli olduğunu qeyd etdi. Sitat: “Mən əminəm ki, yeni ES müştərilərin bütün arzularını qarşılamağa hazırdır və onların gündəlik həyatının tərkib hissəsi olacaq”.
Mərasimin informativ hissəsi musiqi ilə davam etdi. Müğənni Azad Şabanovun çıxışından sonra səhnəyə Rusiyanın məşhur pop qrupu Serebro dəvət olundu. Əyləncəli fasilədən sonra qonaqların böyük səbirsizliklə gözlədiyi və gecənin ən mühüm anı – yeni Lexus ES modelinin rəsmi təqdimat məqamı yetişdi. Özəl hazırlanmış video instalyasiya, rəngarəng işıq və xüsusi səs effektləri altında salona çıxarılan yeni ES elə ilk baxışdan zalda böyük təəssürat oyatdı.
Yeni nəsil Lexus ES rahat və rəvan idarəni təmin edən 3 müxtəlif mühərrik növü ilə təklif olunur: 4 silindrli 2,0 və 2,5 litrlik mühərrik və 302 at gücündə olan 3,5 litrlik V6 mühərriki. ES yeni Global Architecture-K platforması üzərində yaradılıb. Bu da dizaynerlərə həm valehedici görünüşə, həm də zövqlü idarəetməyə malik ES yaratmaq imkanı verib. Yeni tanıdılan F SPORT-un komplektasiyası isə digərlərindən xeyli fərqlidir, belə ki, o, yeni ES-in idman ruhunu vurğulayır, eyni zamanda da maksimum sürüş keyfiyyətini və dəqiq nəzarəti təmin edir. Bütün Lexus modellərinin interyeri həm sürücünü, həm də sərnişinləri rahat və geniş sahə ilə təmin edir. Arxa oturacaqdakı sərnişinlərin komfortu hər zaman ES-in özəl cəhəti olub. Yeddinci nəsil ES genişlik özəlliyini qoruyaraq elə bu mirasa əsaslanır.
Qeyd edək ki, avtomobilin profili şıq kupe stilində işlənib – tavan, kapot və baqajın aşağı relyefli cizgiləri sayəsində ES daha geniş görünür. Təkər sistemi və kapot uzadıldığı üçün axıcı gövdə dizaynı əldə olunub. Salon içində səssizliyin yüksək səviyyəsi, kənar səslərə nəzarət yeni ES modelində daha diqqətlə tənzimlənib. Bütün sərnişinlərə qüsursuz rahatlıq vəd olunur: sıralar arasındakı məsafə artırıldığına görə iç məkan daha komfortludur. Avtomobillə səyahət üstün güvənliklə təmin olunur: ən yeni “Lexus Safety Sistem + ” indi piyadaları həm gecə, həm də gündüz aşkar etmək xüsusiyyətinə malikdir.
Yeni ES-in təqdimat mərasimi Lexus ənənəsi ilə bitdi. Avtomobillə yaxından tanış olmaq üçün səbirsizliklə gözləyən qonaqlar səhnəyə dəvət olundu. Dizayn, lüks, komfortlu idarə və innovativ texnologiyada radikal dəyişiklikləri özündə birləşdirən ES şıq görünüşü ilə izləyicilərin böyük rəğbətini qazandı.
Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (0 12) 490 50 50



Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 3 saat əvvəl
- 19 saat əvvəl
-
-
20 saat əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
20 saat əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
20 saat əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
21 saat əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
21 saat əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir

























