Azərbaycan şirkətləri arasında "melas" razılaşması
İmişli şəkər zavodunda növbəti layihələr həyata keçirilir.
“Azərsun Holdinq” MMC-dən verilən məlumata görə, İmişli Şəkər Zavodu emal gücünü iki dəfəyə qədər artırmaqla artırmaqla bərabər çuğundur əkin sahələri də ildən ilə genişlənır. 2017-ci təsərrüfat ili ərzində 14 min hektara yaxın sahədə şəkər çuğunduru əkinçiliyi həyata keçirilib. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu rəqəmin daha da artmasına müsbət təsir göstərir.
Bu sahənin inkişafına əvvələr göstərilən dövlət qayğısı bir qədər də artırılaraq gübrə və pestisidlərin alınmasına xüsusi subsidiyalar tətbiq edilərsə, əlavə suvarılan torpaqlar ayrılarsa, növbəli əkin sistemi qaydalarını həyata keçirməklə şəkər çuğunduru əkinçiliyini 45 min hektara çatdırmağa imkan yaranar.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Hazırda bu sahə üzrə ümumilikdə 100 minə yaxın insanın məşğulluğu təmin edilirsə, yuxarıda qeyd olunmuş addımlar atıldıqda bu rəqəmi dəfələrlə artırılması mümkündür.
Şəkər çuğundurunun əkinçiliyi və emalının həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib. 2017-ci təsərrüfat ili ərzində ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən 25 min tondan artıq melas da əldə edilib ki, bu da ölkəmizdə çörək mayası istehsalının əsas xammalı olan melasın idxalının yerli xammal ilə əvəz etmək mümkün olacaq. Eyni zamanda İmişli Şəkər Zavodunun təkmilləşdirmə və modernizasiya işləri hesabına istehsal gücünün artırılmasını təmin edir ki, bu da gələcəkdə melas məhsulunun ölkə xaricinə ixrac edilməsinə də şərait yaradacaq.
İmişli Şəkər Zavodunun istehsal potensialı melas məhsulu ilə bərabər eyni zamanda yanqar məhsulunun illik istehsal həcminin xeyli artırılmasına şərait yaradır.
Çörək mayası üçün xammalın yerli istehsal hesabına təmin edilməsi ilə bağlı Azərbaycan Şəkər İstehsalat Birliyi ilə “Azərmaya” ASC arasında melas məhsulunun satışı ilə bağlı müqavilə imzalanıb. Əldə olunan razılaşmaya əsasən Azərbaycan Şəkər İstehsalat Birliyi “Azərmaya” üçün yüksək keyfiyyətli melas istehsal edəcək.
Melas məhsulundan həmçinin yüksək keyfiyyətli 95-96 % spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, faydalı mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilə bilər. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Sexinin yaradılmsı nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.
Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir faydalı yan məhsul isə yanqardır. Yanqar şirəli yem olaraq iri buynuzlu heyvanların süd artımıında böyük rol oynayır. İmişli Şəkər Zavodunda əldə olunan onmintonlarla yanqar məhsulundan istifadə edərək 6000-ə qədər iri buynuzlu heyvanı bir illik şirəli yem ilə təmin etmək mümkündür. Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi yanqar məhsulu xüsusi texnologiya və avadanlıqlar hesabına emal edib qablaşdırılır və heyvandarlıqla məşğul olan fermerlərə münasib qiymətlə təqdim edilir.
Qeyd edək ki, şəkər çuğunduru əkin sahələrinin genişlənməsi hesabına 2017-ci təsərrüfat ili ərzində 80 min tondan artıq yanqar istehsal edilib və ölkə heyvandarlarına satılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
18 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















.jpg)

