Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rusların Azərbaycanda 262 milyonu “buxarlandı”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusların Azərbaycanda 262 milyonu “buxarlandı”

Gəlirləri xərclərini ödəməyən, əməliyyatları zərərli olan, aktivləri və kredit portfeli azalan və böyük məbləğdə zərər açıqlayan bank - VTB AZƏRBAYCAN


 

2018-ci ilin əvvəlində Rusiya bankı VTB, Azərbaycandakı törəməsi Bank VTB (Azərbaycan)-ın kapitalını 265 milyon manat məbləğində artırımışdı. “Marja” xəbər verir ki, bu kapitalın böyük hissəsi problemli kreditlərə görə “buxarlanıb”.

 

“Marja” Bank VTB (Azərbaycan)-ın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bank cari ilin yanvar-sentyabr dövründə ehtimal olunan depozit və kredit itikiləri üzrə yaradılan ehtiyata 231 milyon manat ayırıb. VTB (Azərbaycan)-ın əməliyyat mənfəəti olmadığından bu ayırma səhmdarın vəsaitindən silinib.

 

VTB (Azərbaycan)-ın nizamanmə kapitalı 315 milyon 815 min manat təşkil etsə də keçmiş illərin 11 milyon 87 min manat zərəri və 2018-ci ilin 250 milyon 847 min manat zərəri (cəmi 261 milyon 934 min manatlıq zərər) nəticəsində məcmu kapital 53 milyon 142 min manata düşüb. Əgər, kreditlərdə ehtimal olunan itiki baş verməsə və geri ödənilsə kapitaldan götürülmüş vəsait azad olur və gəlirə əlavə edilir. VTB (Azərbaycan)-da bu ehtimalın az reallaşacağı gözlənilir. Çünki müştərilərə verilmiş kreditlərin böyük hissəsi “batıb” və bank bu vəsaiti yaratdığı ehtiyat hesabına ödəyib.

 

GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR

 

Bank VTB (Azərbaycan) gəlir formalaşdırmaqda da çətinlik çəkir. Bankın gəlirləri xərclərini ödəmir. Belə ki, Bank cari ilin 9 ayında 5 milyon 930 min manat faiz gəliri əldə edib. Faizlər və onlara bağlı xərclər isə 7 milyon 778 min manat təşkil edib. Nəticədə, 1 milyon 847 min manat xalis faiz zərəri yaranıb.

 

Bank VTB (Azərbaycan) qeyri-faiz əməliyyatları üzrə 5 milyon 512 min manat zərər edib. Üstəlik Bankın qeyri-faiz xərcləri (əməliyyat və inzibati xərclər daxil) 12 milyon 348 manat təşkil edib. Faiz, qeyri-faiz zərəri və xərclər daxil cəmi 19 milyon 708 min manat əməliyyat zərəri yaranıb. 231 milyon 139 min manat da ehtiyatlara vəsait ayrıldığından Bank 250 milyon 847 min manat xaliz zərər yazıb.

 

BANK KƏSKİN KİÇİLİB

 

9 ay ərzində Bank VTB (Azərbaycan)-ın kredit portfeli 225 milyon 699 min manat və ya 80% azalaraq 55 milyon 477 min manata düşüb. Bankın cəmi aktivləri isə 397 milyon 211 min manatdan 144 milyon 371 min manata geriləyib.

 

BORCLARININ BÖYÜK HİSSƏSİNİ QAYTARIB

 

Bu ilin 9 ayı ərzində Bank VTB (Azərbaycan) digər bankların 137 milyon 289  min manat depozitlərinin 137 milyon 279 min manatını və banklardan cəlb etdiyi 131 milyon 267 min manat kreditin 123 milyon 873 min manatını qaytarıb. Ehtimal ki, bu borclar yaradılmış ehtiyat hesabına qaytarılıb.

 

Hazırda Bank VTB (Azərbaycan) Mərkəzi Bank tərəfindən təyin olunmuş normalara cavab verir. I dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə norma 5%, məcmu kapitalın adekvatlıq əmsalı üzrə norma 10% olsa da, bu nisbətlər Bankda müvafiq olaraq 29,72% və 30,22% olub.

 

Hazırda Bank VTB (Azərbaycan)-ın qarşısındakı ən əsas məsələ mənfəətə çıxmaq üçün gəlirlərini xeyli artırmaqdır. Rəqabətin artdığı və kredit şərtlərinin nisbətən ağır olduğu dövrdə, bu, çətin görünür. Əgər Bankın əməliyyat zərəri daha da artarsa məcmu kapital aşağı düşə bilər.

 

Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımidir: 


  Bank VTB (PSC) – 99,9999 %

  Fiziki şəxs – 0,0001%.

 

MƏNFƏƏT VƏ ZƏRƏR

 min manatla

III rub 2018

 

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

5 930,88

Faizlər və onlara bağlı xərclər, cəmi

7 778,66

Xalis faiz mənfəəti (zərəri)

-1 847,78

Qeyri-faiz gəlirləri, cəmi

- 5 512,02

Qeyri-faiz xərcləri, cəmi

12 348,02

Xalis əməliyyat mənfəəti (zərəri)

-  19 707,82

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

231 139,28

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

- 250 847,10

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

 

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

-  250 847,10

Mənfəətdən ödənilən vergilər

 

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

-  250 847,10

 

AKTİVLƏR

Min manatla

 

III RUB      2018

Nağd vəsaitlər

8 148,44

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

32 992,90

 Banklara verilmiş kreditlər

-

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

16 463,12

Qiymətli kağızlara investisiyalar

20 860,68

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

55 477,52

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

676,82

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

868,81

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

1 622,71

Digər aktivlər

7 260,33

CƏMİ AKTİVLƏR

144 371,32

ÖHDƏLİKLƏR

 

Depozitlər

49 631,59

AMB-nın banka qarşı tələbləri, cəmi

-

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

20 722,61

Banklar və digər maliyyə institutlarının kreditləri

7 394,55

Bankların depozitləri

90,65

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

10 298,63

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

 

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

 

 Digər passivlər

1 468,60

CƏMİ ÖHDƏLİKLƏR

89 606,64

KAPİTAL

 

Xüsusi kapital, cəmi

53 880,57

a) dövriyyədə olan adi səhmlər

315 815,00

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

 

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

 

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

-  261 934,43

Ümumi ehtiyatlar, cəmi

884,11

Cəmi kapital

54 764,68

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

144 371,32

 

Kapitalın strukturu, min manatla

 

III rüb 2018

 
   

I dərəcəli kapital :

53 880,57

 

Adi səhmlər

315 815,00

 

Keçmiş illərin mənfəət/zərəri

- 11 087,33

 

Cari ilin zərəri

- 250 847,10

 

 I dərəcəli kapitaldan tutulmalar

1 622,71

 

Tutulmalardan sonra I dərəcəli kapital

52 257,86

 

II dərəcəli kapital :

  

Ümumi ehtiyatlar

884,11

 

Cari ilin mənfəət

-

 

Kapitalın digər vəsaitələri

-

 

 II dərəcəli kapitalın cəmi

884,11

 

 Məcmu kapital

53 141,97

 

 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

175 514,22

 
   
   
 

III rüb 2018

AR MB tərəfindən təyin olunmuş norma

 I dərəcəli kapitalın adekvatlıq əmsalı

29,72%

5%

 

29.10.2018 06:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ