Avtobus sürücülərindən gündəlik plana etiraz
Bakıda “Koroğlu” metrostansiyası-Maştağa qəsəbəsi marşrutu üzrə sərnişindaşıma işə məşğul olan 131 saylı avtobus xəttinin sürücüləri 3 gün işə çıxmayıblar.
Məlum olub ki, daşınmanı həyata keçirən şirkət son bir ay ərzində gündəlik plan haqqını 2 dəfəyə yaxın qaldırmaq istəyib. Yay aylarında plan 92 manat olsa da, təxminən 1 ay əvvəl şirkət gündəlik haqqı 135 manata artırıb. Bir neçə gün əvvəl isə daşıyıcının rəhbərliyi sürücüləri yığaraq planın 160 manat olduğunu açıqlayıb. Bu isə məktəblərin açılması və şagirdlərin daşınmasına görə sürücülərin qazancının artması ilə əsaslandırılıb.
131 saylı xəttin sürücüləri isə onların marşrutu üzərində məktəb olmadığını bildirirlər. Rəhbərlik geri addım atmadığı üçün bütün sürücülər 3 gün öncə baykot edərək işə çıxmayıblar. Buna görə də qəsəbədə yaşayan insanların hərəkət sistemi iflic vəziyyətə düşüb. Sakinlər mətbuata müraciət edərək problemin həlli üçün kömək istəyiblər.
Bakı Nəqliyyat Agentliyi bu gün qəsəbədə olaraq sürücülərlə söhbət edib, daha sonra isə rəhbərliklə sürücülər bir araya gətirilib, ortaq məxrəcə gəlinib.
Beləliklə, artıq gündəlik plan haqqı 145 manata razılaşdırılıb. Sürücülərin ödəməli olduğu plan yekunda yenə də 10 manat artırılmış olur. Bugünkü razılaşmadan sonra sürücülər günorta saatlarından etibarən sükan arxasına keçərək işə davam etməyə başlayıblar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti bütün gün ərzində zənglərimizə cavab verməyib. Agentliyin Ümumi Şöbəsi və İctimaiyyətlə Əlaqələr Şöbəsi isə bu barədə məlumat verməkdən imtina edib. Buna görə də bu marşrut üzrə daşınmanı həyata keçirən şirkətin adını öyrənmək mümkün olmayıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 3 saat sonra
-
-
39 d. əvvəl
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
-
3 saat əvvəl
50 milyon manatlıq istiqrazlar baarədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
200 min manatlıq rüşvət əməliyyatı: İki vergi məmuru həbs edildi
Ən çox oxunanlar
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
Rəsmi məzənnələr açıqlandı
Monetra Finance-ə yeni direktor təyin olunub
Özbəkistan şəbəkəsi Azərbaycan bazarına daxil olur
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az





















