“Asan İmza” xidməti artıq Bank “BTB”də
(®) Bu gün rəqəmsal bankçılığın üstünlüklərini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan müştərilərə İnternet Bankçılıq xidməti ilə yanaşı “Asan İmza” mobil elektron imza xidmətini də təqdim edə bilir.
Həmçinin İpoteka krediti müraciəti üçün “Asan İmza” əldə etmək istəyən müştərilər Bank BTB-yə müraciət edə bilərlər. Hazırda Bank BTB-nin 3 xidmət nöqtəsində qeyd edilən “Asan İmza” xidməti təqdim edilir. Bunlar Baş Ofis, «Premium» və «Sənaye» filiallarıdır.
Bu xidmət, müraciət edən müştərilərin həm vaxtına qənaət, həm də mərkəzləşmiş qaydada kompleks xidmətlərin təqdim olunması deməkdir. Belə ki, Bank BTB-yə müraciət edən müştərilər “Asan İmza” mobil elektron imza sertifikatını əldə edə, eyni zamanda sahib olduqları sim-kartları dərhal “Asan İmza” üçün nəzərdə tutulan sim-kartla əvəzləmək imkanını əldə etmiş olurlar. Bunun üçün müştərilər Bank BTB-nin müvafiq xidmət nöqtələrinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş İstifadəçi ID-si və PIN kodlar (PIN1, PIN2 və PUK kod) təqdim olunur.
Qeyd edək ki, «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarının tez, asan və təhlükəsiz aparılması imkanı verir.
Bankın xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 8 d. əvvəl
- 22 d. əvvəl
-
25 d. əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 30 d. əvvəl
-
47 d. əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
49 d. əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
- 55 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Ən çox oxunanlar
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
























