Azərbaycanda yeni yatırım imkanı - ƏHALİYƏ XAM QIZIL SATILACAQ
"AzerGold" QSC Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.
QSC-dən bildiriblər ki, külçə və sikkələrin hazırlanması "AzerGold"un inkişaf strategiyası əsasında icra olunur.
Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, "Made in Azerbaijan" brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır.
5, 10 və 20 qramlıq külçələr
999.9 əyarlı külçə və sikkələrin istehsalı və "AzerGold" brendi ilə təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcək. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.
İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin "Heydər Əliyev Mərkəzi", "Qobustan" və Qarabağ xalçasının naxışı "Çələbi" olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd ediləcək.
Əhali üçün yeni yatırım imkanı
Dövlət şirkətinin bu planı Azərbaycanda əhali üçün yeni yatırım imkanı yaradır. Qeyd edək ki, azərbaycanlılar arasında pulun bir hissəsini qızılda saxlamaq ənənədir. Elə indi də bəzi ailələr və şəxslər yatırımlarının bir hissəsini qızıl-zinət əşyalarında və qiymətli daşlarda saxlayırlar. Bununla yanaşı, həmin yatırımları yalnız şərti olaraq uğurlu saymaq olardı.
Zinət əşyası kimi alıb, "lom" qiymətinə satırdılar...
Məsələ bundadır ki, qızıl alınanda zinət əşyayaları kimi alınır yəni onun qiymətinə həm metalın özünün, həm də zərgər işinin dəyəri aid olurdu. Belə əşyaların likvid bazarı olan zərgərlərə satdıqda isə onu xammal kimi qəbul edirdilər. Nəticədə qızıl sahibləri onu hər hansı ehtiyacdan satmalı olduqda qramında 10-15 dollara yaxın zərər edirdilər.
Ərəb və iranlılar üçün daha bir məhsul
Bu dəfə isə "Azərgold" əhaliyə qızılı zinət əşyaları kimi deyil, xam qızıl kimi satmağı planlaşdırır. Yəni zinət əşyalarında zərərə səbəb olan zərgər işinin qiymətin daha az olacaq ki, bu da qızıla yatırımın likvidliyin artırır. Bundan başqa, yerli qızıl külçələri yerli əhali ilə yanaşı, ölkəmizə səfər edən turistlər, o cümlədən, ərəb və iranlı vətəndaşlar da ala bilərlər.
Son bil ildə ucuzlaşır
Amma bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, dünya bazarında qızılın qiymət dinamikası bu metala yatırımın heç də həmişə gəlirlə başa çatacağına zəmanət vermir. Belə ki, son bir ildə birjalarda qızılın qiyməti 10,7% ucuzlaşaraq bir unsiya üçün 1344 dollardan 1200 dollara, yəni qramının qiyməti 43,4 dollardan 38,7 dollara düşüb.
Ucuzlaşma indiyədək davam etməkdədir. Bir ay əvvəl qızılın qiyməti 1220 dollar olduğu halda indi bu qiymət deyildiyi kimi 1200 dollara bərabərdir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© FED
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
4 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
5 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb

























