Sabah “Kapital Bank”ın yeni səhmləri ticarətə buraxılacaq

29 Avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:
Bakı Fond Birjasından “Marja”ya daxil olmuş məlumata görə, 30.08.2018-ci il tarixində ticarətə ilkin qiyməti 12,39 manatdan 3 228 410 ədəd qiymətli kağız buraxılacaqdır (təxminən cəmi 40 milyon manatlıq).
Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması tarixi | Q/k-ın ilkin ticarət qiyməti |
AZ3001005157 | İmtiyazlı adlı sənədsiz |
3 228 410 (ədəd) | 30.08.2018 | 12.39 AZN |
Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.
Eyni zamanda Kapital Bankın hal-hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilmişdir.
Xəbər verdiyimiz kimi, 24 İyul 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “Kapital Bank”ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərinin emissiyasını qeydiyyata alıb.
“Kapital Bank” emissiyanın həyata keçirilməsi nəticəsində investorlardan 39 milyon 999 min 999,9 manat cəlb etməyi nəzərdə tutur.
Səhmlərin təklifi, investorlardan sərbəst vəsaitlərin Bankın nizamnamə kapitalına cəlb edilməsi məqsədilə həyata keçirlir. Cəlb ediləcək vəsait emitentin kapitallaşmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, hazırda “Kapital Bank”ın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmdən ibarət olmaqla 185 milyon 850 min manatdır.
Yeni buraxılan səhmlər imtiyazlı, adlı sənədsiz səhmlərdir. İmtiyazlı səhmlərin sahibləri emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq hüququna malikdirlər. Səhmlər üzrə dividendlər Səhmdarların Ümumi Yığıncağının qərarları ilə illik ödənilir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
“Kapital Bank” ASC-nin səhmdarlarının 14 Mart 2018-ci il tarixində keçirilmiş yığıncağında 40 000 000 AZN dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması barədə qəbul edilmişdi.
Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Səhmlərə abunə yazılışı - səhmlərin buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən sonrakı 16 iş gününün bitdiyi gün (10 Avqust 2018) başlanılacaqdır. Abunə yazılışı internetdə sayt vasitəsilə elektron və ya yazılışı şəkildə bildirişlərin təqdim edilməsi yolu ilə keçiriləcəkdir.
Buraxılış üzrə ümumi 19.999.999.95 manat məbləğində 1614205 manat ədəd səhmin yerləşdirilməsi emissiyanın baş tutması və emissiyanın yekunları haqqında hesabatın təqdim edilməsi üçün kifayət hesab olunur. Elan olunmuş 39.999.999.90 manat məbləği yığıldıqdan sonra abunə yazılışı dayandırılacaqdır.
Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində səhmlərin yerləşdirilməsinin başlanmasi tarixi elan ediləcək və yerləşdirmə 7 iş gün davam edəcəkdir.
İlk növbədə, əlavə buraxılan səhmləri almaqda üstünlük hüququ olan Emitentin Səhmdarlarının (PAŞA Holdinq və fiziki şəxslər) səhmlərin alınması üçün təqdim etdikləri sifarişlər təmin olunacaqdır. Bu sifarişlər səhmlərin Bakı Fond Birjasıda yerləşdirilməsinə başlandığı tarixdən ilk 2 iş günü ərzində veriləcək.
Səhmlərin yerləşdirilməsini “Paşa Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirəcəkdir.
Hazırda “Kapital Bank” ASC-nin hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd adi səhmlərinin 14 980 163 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC-yə, 19837 ədədi və ya 0,13225%-i fiziki şəxslərə məxsusdur. Ehtimal edilir ki, hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmlərin 3 224 141 ədədi və ya 99,86775%-i “PAŞA Holding” ММC, 4269 ədədi və ya 0,13225%-i fiziki şəxslər tərəfindən əldə ediləcəkdir.
“Kapital Bank”ın hər bir səhminə 2015-ci ildə 4.39 manat, 2016-cı ildə 4.13 manat, 2017-ci ildə 3.49 manat dividend düşmüşdü.
"Kapital Bank" 2018-20-ci illər üzrə strateji plana uyğun olaraq bütün seqmentlər üzrə bazar payını artırmağı nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
12 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
13 saat əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
13 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 13 saat əvvəl
-
14 saat əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
Ən çox oxunanlar

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"

Bankların kredit portfeli cüzi artıb

Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək
