“Milli valyutalar ilə ticarət mümkün deyil” – “AZƏRBAYCANA DOLLAR LAZIMDIR”
Tez-tez bir çox ölkələrdən ABŞ dollarından imtina edilərək xarici ticarəti milli valyutalar ilə aparacaqlarına dair açıqlamalar eşidirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Azərbaycan və s. ölkələr ilə milli valyutalar vasitəsilə ticarət aparmağı müzakirə etdiklərini açıqlayıb.
Bəs Dollarsınz ticarət mümkündür?
“Marja”nın məlumatına görə, iqtisadçı Atilla Yeşilada bildirib ki, ən azı 20 il ərzində Avro, Yuan, Yapon Yeni və Funt-sterlinq Dolları tam əvəz edə bilməyəcəkdir. Səbəb bu valyutalar ilə bağlı pul siyasətlərinin qeyri-müəyyən olması və gələcəklərinə dair narahatlıqdır.
“Niyə insanlar Türk Lirəsini (TL) saxlasınlar?! Təkcə Avqust ayında Lirə 25% dəyərdən düşüb. Tutaq ki, mən Türkiyəyə mal satacam və qarşılığını Türk Lirəsilə alacam. Əgər bu lirələr ilə Türkiyədən dərhal mal satın almasam, nə üçün Lirəni saxlayım? TL hər gün dəyərdən düşür. Digər tərəfdən, bu Lirəni digər ölkələrdən mal alan zaman məndən kim qəbul edəcək? Hər gün dəyərdən düşən və beynəlxalq aləmdə dönərli olmayan Lirə ilə xarici ticarətin aparılacağını demək bir qədər ağılsızlıqdır.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Azərbaycan, Rusiya, Çin və İranla ticarətdə milli valyutalardan geniş istifadə mümkün görünmür. Səbəbini söyləyim. Məsələn, Türkiyə ilə Rusiyanın ticarətini götürək. Rusiya Türkiyəyə daha çox mal və xidmətlər satır və bu ölkə ilə ticarət kəsirimiz var. Biz Rusiyaya meyvə-tərəvəz, elektron əşyalar satırıq və turist qəbul edirik. Rusiya isə bizə təbii qaz satır. Rusiya Türkiyəyə təbii qazını nə üçün TL ilə satsın? Sonra TL ilə nə edəcək? Hər il Rusiya Türkiyəyə, aldığından daha çox satır, yəni Türkiyəyə ixracı idxalını üstələyir. Əgər milli valyutalar ilə ticarət aparılarsa hər ilə Rusiyanın əlində TL-də vəsait yığılacaq. Rusiya bu TL ilə nə edə bilər? Çin ilə də eyni vəziyyətdəyik. Çin Türkiyəyə, aldığından daha çox mal satır. Çin də əldə etdiyi TL-ni özündə saxlasa ziyana düşəcəkdir. Çünki TL hər il dəyərdən düşür. Türkiyənin səhm və istiqrazlarana da yatırsa ziyan edəcəkdir. Çünki Türkiyə birjası da düşür.
Azərbaycan neft-qaz satıb dünyadan silah, maşın və avadanlıqlar alır. Azərbaycan da bir çox malları idxal etməyə məcbur olduğundan Türk Lirəsinə deyil, Dollara ehtiyacı var”.
Atilla Yeşilada qeyd edib ki, mərkəzi bankların qarşılıqlı mübadilə razılaşmaları ilə milli valyutalardan istifadə də məhdud olacaqdır. “Məsələn, tutaq ki, Türkiyə Azərbaycandan 500 milyon dollarlıq qaz alır. Bu 500 milyon dolları əsas götürərək Azərbaycana ödəniş TL ilə həyata keçirilə bilər. Azərbaycan da Türkiyədən aldığı 500 milyon dollar ekvivalentində mallara görə Türkiyəyə Manatla ödəniş edə bilər. Sonra mərkəzi banklar milli valyutalarını mübadilə edə bilərlər. Bu ticarət də məhdud olacaqdır. Çünki Azərbaycana satdığı malın qarşlığında Dollar lazımdır”.
Qeyd edək ki, ötən il Türkiyənin ixracı təxminən 157 milyard dollar, idxalı ilə 198 milyard dollar təşkil edib. Bu məbləğdə xarici ticarət dövriyyəsinin milli valyutalar vasitəsilə həyata keçirilməsi mümkün görünmür.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
4 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
5 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb
























