“PAŞA Bankın yeni tarif paketləri xərcləri optimallaşdırmaq üçün ən uyğun seçimdir”

“PAŞA Bankın hesablaşma-kassa xidmətləri üzrə təqdim etdiyi tarif paketləri kiçik və orta sahibkar olan müştərilərə öz biznes xərclərini optimallaşdırmaq üçün ən uyğun seçimdir”
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru A.Qolovko ilə müsahibənin davamı: Müsahibənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.
-Yeni tarif paketlərindən hansı müştərilər istifadə edə bilər?
- Hesablaşma-kassa xidmətləri üzrə olan yeni yanaşma Kiçik və orta sahibkar olan müştərilərə tətbiq olunan individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Həm mövcud müştərilərimiz, həm də yeni müştərilər tarif paketlərinə qoşula biləcəklər. Mövcud müştərilər üçün tarif paketlərinə qoşulmaq üçün ödəniləcək xidmət haqqı fərqli olacaq. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlüyü fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir. Belə deyək, bu bank biznesində yeni səhifədir və kiçik və orta sahibkar olan müştərilərimiz üçün hesablaşma-kassa xidmətlərini, böyük sayda müştərilərlə işləyən istənilən sahədə öz effektivliyini sübut etmiş, tarif paketləri üzərindən qururuq. Müştəriyə təklifi elə etmək lazımdır ki, seçim onun üçün asan və anlayışlı olsun. Nəticə olaraq biz bu məqsədi əsas tutaraq Azərbaycanın bank bazarında bu xidməti ilk olaraq təqdim etməkdən çox məmnunuq.
-Tarif paketini dəyişdirmək mümkündür?
- Biz müştərinin tarif paketini özü seçməsi imkanını nəzərə almışıq. Biz başa düşürük ki, bəzi müştərilərimizin işi mövsümi ola bilər və ya biznesinin spesifikası hər hansı səbəbdən dəyişə bilər. Bu məsələdə heç bir problem yoxdur, müştəri istədiyi vaxt tarif paketini dəyişə bilər.
-Paketlərə qoşulmaq üçün ödəniş tələb olunur yoxsa dövri ödəniş tələb olunur?
- İlk dəfə paketi alarkən müştərinin etdiyi ödəniş – qoşulma haqqıdır. Bu prosesi cari hesabın açılması və yaxud hər hansı mobil operator tərəfindən təqdim edilən paketə qoşulma texnologiyasına bənzətmək olar. Müştəri birdəfəlik ödənişlə dərhal seçdiyi tarif paketinə qoşulur və bununla da bankın təqdim etdiyi hesablaşma-kassa xidmətlərini əldə edir. Bundan sonra müştəri yalnız paketdən istifadə üçün aylıq xidmət haqqı ödəyir. Bu ödənişlər müştərinin seçdiyi paketdən asılı olaraq dəyişir. .
-Bir müştərinin bir neçə paketi ola bilərmi? Müştərinin qoşulduğu tarif paketi bankdakı bütün hesablarını əhatə edəcək?
Ayrı-ayrı fərqli paketlər əldə etməyin heç bir mənası yoxdur. Əvvəldə də qeyd etdiyim kimi, müştəri məhz özünə lazım olan paketi seçir. Müştəri istənilən tarif paketinə qoşularkən hesablaşma-kassa xidmətləri üzrə bütün əməliyyatlardan istifadə etmək imkanı əldə edir, , sadəcə müxtəlif şərtlərlə - endirimli və ya müəyyən limit çərçivəsində pulsuz. Burada məsələ təkcə onda deyil ki, biz müştəriyə hesablaşma-kassa xidmətləri üzrə daha rahat servis, qənaət imkanı təqdim edirik, bu bankın öz işini daha effektiv qurması üçün də faydalıdır. İkinci suala gəldikdə isə müştərilərimizin qoşulduğu tarif paketi PAŞA Bankdakı bütün hesablara tətbiq olunur.
-Siz tarif paketlərini hazırlayarkən bəzi müştərilərə individual yanaşmanı nəzərdə tutmuşdunuzmu?
Təbii ki, bizim üçün hər müştərimiz çox dəyərlidir və tarif paketləri hazırlanarkən hər bir müştərinin istəyi nəzərə alınmışdır. Paketlərə daxil olan əməliyyatlar kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərimizin istəklərini tam əhatə edir.
-Siz tarif paketlərini yalnız kiçik və orta sahibkarlar üçün nəzərdə tutmusunuz? İri bizneslə məşğul olanlar bu məhsuldan istifadə edə bilərmi?
İlkin mərhələdə tarif paketləri kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub. Gələcəkdə təbii ki, paketlərin təkmilləşdirilərək genişlənməsi və sayının artırılması da nəzərdə tutulubdur. Təcrübə nöqteyi-nəzərdən paket məhsulları kütləvi seqmentə daha meyllidir və bu seqmentə daha çox kiçik və orta sahibkarların aid olduğunu nəzərə alsaq onlara daha keyfiyyətli xidmət göstərmək üçün ən münasib həll yoludur. Məhz buna görə tarif paketləri həm bank üçün, həm də KOS üçün daha tələb olunandır.
-Tarif paketlərinə daxil olan əməliyyatlardan internet bank üzərindən istifadə etmək mümkündürmü?
Təbii ki, tarif paketlərinin yaradılması və tətbiqi – bankın rəqəmsallaşdırma strategiyasının bir hissəsidir. Bizim qlobal məqsədimiz – məsafədən istifadə yolu ilə müştəri-bank münasibətlərini maksimum dərəcədə sadələşdirmək və asanlaşdırmaqdır. Son vaxtlar apardığımız araşdırmalar göstərir ki, müştərilər bank seçərkən əsas meyar kimi işin internet bank, onlayn xidmət vasitəsilə qurulmasını götürürlər. Buna görə biz də həm tarif paketlərinin, həm də yeni məhsulların internet bank üzərindən olmasına böyük önəm veririk.
-Müştərilərinizin sayı barədə nə deyə bilərsiniz? Gələcəkdə onların sayı nə qədər ola bilər?
Bu gün üçün deyə bilərəm ki, kiçik və orta sahibkar olan müştərilərimizin sayı 3 000-dir və ortalama aylıq 100 yeni müştəri bankla əməkdaşlığa başlayır. Biz hesablaşma-kassa xidmətləri üzrə işimizi cari paketlərlə məhdudlaşdırmayacayıq, çünki tarif paketlərinə keçid sadəcə marketinq modelinin dəyişdirilməsidir. Tarif paketləri müştərinin bankdan tələblərinin seqmentasiyasını həyata keçirməklə həm müştəriyə, həm də banka rahatlıq təmin edir. Artıq müştərilərə təqdim etmək üçün bir sıra yeni ideyalarımız da vardır, çünki elə əməliyyatlar var ki, onlar gündəlik bankçılığın hüdudlarını aşır. Bunlara kredit əməliyyatları və ya ekvayrinqlə bağlı daha fokuslanmış həll yolları aiddir. Biz müştərilər üçün paket şəklində daha maraqlı qərarlar tətbiq etmək niyyətindəyik, çünki bu gün biz buna tələbatı olan digər seqmentləri də görürük. Ona görə də, artıq indidən bir sıra ideyalarımızı inkişaf etdirir, yaxın gələcəkdə müştərilərimizə təqdim etməyi planlaşdırırıq.
Müsahibəni aldı:
Yeganə Məmmədova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
5 d. əvvəl
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
-
13 d. əvvəl
Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 29 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynanın 5 şirkətinə qoyulan məhdudiyyəti aradan qaldırdı
-
1 saat əvvəl
"Ekolizinq" şirkətinin istiqrazlarına 2 investor 2 sifariş təqdim edib
-
1 saat əvvəl
"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq
-
1 saat əvvəl
Türkmənistandan Azərbaycana pomidor idxalına məhdudiyyət qoyuldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Broyler toyuğu” istehsalına dair iddialar reallıqla nə qədər əlaqəlidir?
-
2 saat əvvəl
Yeni elektron xidmət: Sifarişçi İcraçının kommersiya sirri məlumatlarına baxa biləcək
-
3 saat əvvəl
"Modern Construction Group" 1 il QSC olduqdan sonra yenidən MMC-yə çevrilməyə qərar verib
Son Xəbərlər

Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu - SİYAHI

Dövlət tərəfindən 6000 qutu paylanacaq
Ən çox oxunanlar

Yeni elektron xidmət: Sifarişçi İcraçının kommersiya sirri məlumatlarına baxa biləcək

"Modern Construction Group" 1 il QSC olduqdan sonra yenidən MMC-yə çevrilməyə qərar verib

Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı uzadır, Azərbaycanın müraciətlərinə cavab vermir

Sabah 28 dərəcə isti olacaq

BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin 2024-cü il üzrə maliyyə və kənar audit hesabatları

“Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi

Şirkətinizin uğuru sağlam və xoşbəxt işçilərdən asılıdır
.png)