Qonşu ölkələrdəki valyuta böhranı fonunda manatın məzənnəsi necə dəyişəcək?
Qonşu ölkələrdəki valyuta böhranı fonunda manatın məzənnəsi necə dəyişəcək?
“Marja” xəbər verir ki, tanınmış İqtisadçı Vüqar Bayramov bu barədə yazıb:
“Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. Lirənin ucuzlaşması Türkiyə ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiyanın tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır. Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makro-iqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələr gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır.
Qonşu ölkələrdəki valyuta krizisi fonunda manatın məzənnəsi necə dəyişəcək? Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min dollar idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
İdxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir. Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Amma əgər, lirə daha kəskin ucuzlaşarsa o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir.
Növbəti aylarda isə dekabrda dollara tələbin artacağı gözlənilir. Bu həmin özəl və dövlət müəsssisələrin xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlar ilə bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”.
ELMAN RÜSTƏMOV: CİDDİ TƏHDİDLƏR VAR
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bir müddət əvvəl keçirdiyi mətbuat konfransında inflyasiya üçün bir sıra təhdidlər mövcud olduğunu, bu təhdidlər arasında xaricdən gələn təhdidlərin daha ciddi olduğunu bildirmişdi.
“Azərbaycanda monetar şəraitin yumuşaldılması (faizlərin aşağı salınması) istiqamətində addımlar atmaq üçün potensial mövcuddur. Lakin bu potensialın reallaşdırılması ilin sonuna kimi potensial/risk balansından asılı olacaqdır. Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə cox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüməlidir. Həmçinin biz idxalın kəskin artdığını görürük. İdxalın kəskin artması, neft qiymətlərinin yüksək olması ilə əlaqədar olaraq tədiyyə balansının müsbət olması fonunda inflyasiya potensialı formalaşdıra bilər. Bir sıra digər amillər də bizi məcbur edir ki, bir daha düşünək, hesablamalarımızı bir daha hökumətlə dəqiqləşdirək. Hökumətin planları ilə tanış olmalıyıq, xüsusilə, dövlət tərəfindən tənzimlənən tariflər barədə hökumətin planlarını bilməliyik. Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında apardığımız hesablamalar və proqnozlar vasitəsilə qərarımızı verəcəyik. Bir daha deyirəm, faizlərin aşağı salınması üçün potensial var, biz bunu istəyirik. Lakin Mərkəzi Bankın başlıca hədəfə inflyasiya və inflyasiyinın cari və uzunmüddətli intervalda idarə olunmasıdır. Məhz bizim qərarlarımız bu balansa əsaslanır”.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
2 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
2 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
2 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 3 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib


















