Borc götürərək ayaqqabı satmağa başlayır, bu gün işinin otuz milyard dollar dəyəri var
Fil Naytın uğur hekayəsi
www.readit.az saytı kitabxananı yeniləməkdə davam edir. Bu həftə sizə təqdim etdiyimiz məqalə qısa müddət öncə saytda qısa məzmunu yerləşdirilən Fil Nayt tərəfindən yazılmış məhşur bioqrafiya "Ayaqqabı Satıcısı" kitabı haqqındadır. Qeyd olunmalıdır ki, bu kitab bu günə qədər azərbaycan dilinə tərcümə olunmayıb.
Qısa məzmuna keçid => Ayaqqabı Satıcısı
1963-cü ildə Fil atasından əlli dollar borc götürərək ayaqqabı satmağa başlayır. Müasir dövrdə isə artıq onun işinin otuz milyard dollar dəyəri var.
Universitetdən yeni məzun olmuş, gənc və məna axtarışında olan Fil Nayt, atasından borc aldığı əlli dollarla şirkətini qurur. Onun missiyası ilk baxışda sadə görünürdü: Yaponiyadan yüksək keyfiyyət və aşağı qiymətdə idman ayaqqabıları idxal etmək. Köhnə maşınının baqajında ayaqqabılarını satmağa başlayan Nayt idxalata başladığı ilk ildə səkkiz min dollarlıq satış edir.
Naytın uğuru müasir start-uplar üçün böyük bir dərs dəyərindədir. Artıq Nike-ın məşhur simvolu sadəcə bir logo deyil, həm də zərifliyin və gücün simvoluna, dünyanın demək olar ki, hər yerində, hər kəs tərəfindən tanınan az saylı ikonlardan birinə çevrilib. Bu qeyri-adi uğur hekayəsinin arxasındakı sima olan Fil Nayt daim gözlərdən uzaq, sirrli bir fiqur olaraq qalmışdı. Lakin inanılmaz dərəcədə gözəl, təvazökar, səmimi xarakterli bu bioqrafiya onun haqqında çox əhəmiyyətli məlumatlar əldə etmə fürsəti yaradır.
"Ayaqqabı satıcısı" kitabı Naytın iyirmi dörd yaşında dünya səyahətinə çıxmasından, həyatla əlaqədar böyük suallara cavablar axtarmasından, böyük bir şirkətin işçisi olmaqdansa, öz arzusunun ardınca getməsindən bəhs edir. Bu müddətdə onun girdiyi böyük risklər, yaşadığı müvəffəqiyyətsizliklər, amansız rəqiblər və qarşılaşdığı böyük maneələr nəticəsində isə çox güclü bir şirkət olan Nike formalaşır.
Kitabdan çıxan əsas nəticələr aşağıdakılardır:
- Ən ağlasığmaz ideyanı tapmaq və onu reallaşdırmaq lazımdır;
- Qaydalarla oynayaraq qazanmaq mümkün deyil. Biznesdə sağlam bir üsyan göstərməlisiniz;
- Daimi iş yerini ataraq yeni biznesə tam girmək düzgün deyil. Daimi iş yeri sizi daimi pul axını ilə təmin edir və ilkin etapda biznesinizin ayaqda qalmasına yardımçı olur;
- Rəqiblərinizi izləyin, ancaq daimi təqibdən uzaq durun. Bunun əvəzində biznesinizə vaxt ayırın;
- Səhv etməkdən çəkinməyin, səhvi daha gec etməkdən yayının;
- Yenilikləri real müştərilər üzərində yoxlayın, bir məhsulda çox sayda innovasiyalar etməkdən yayının.
Ən əsası özünüzə və gördüyünüz işə inanın!
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























