Bakıda obyektlərin tikintisinə icazə verən qurum dəyişdi - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
"Marja" xəbər verir ki, Fərman ilə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
Müəyyən edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Son illərdə ölkəmizdə şəhərsalma sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı iş aparılır, şəhərsalmanın nizamlı inkişafının və torpaqlardan ictimaiyyətin rifahına uyğun olaraq ədalətli istifadənin təmin edilməsinə, insan üçün əlverişli və sağlam ətraf mühitin yaradılmasına yönəlmiş sistemli və kompleks tədbirlər həyata keçirilir.
Əhalinin rifahının yüksəlməsi iqtisadiyyatın digər sahələri kimi, tikinti fəaliyyətinin də sürətli inkişafına rəvac vermişdir ki, bu da, öz növbəsində, şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında müəyyən yeni çağırışlar və hədəflər formalaşdırır və onun təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməsini labüd edir.
Şəhərsalma fəaliyyətinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.
2. Müəyyən edilsin ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.7-1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə verilməklə):
4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;”;
3.2. aşağıdakı məzmunda 4.7-4-cü bənd əlavə edilsin:
“4.7-4. həmin Məcəllənin 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) və 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda) və 94.3-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;”;
3.3. 4.8-ci bənddə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi” sözləri əlavə edilsin, həmin bənddən “və Turizm” sözləri (hər iki halda) çıxarılsın;
3.4. 4.12-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyi və yerli icra hakimiyyəti orqanları” sözləri “Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində yerləşən, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin;
3.5. 4.6-cı, 4.10-cu və 4.13-cü bəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. tikintiyə icazə verilməsi üçün müraciətə baxılarkən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu yoxlanıldıqdan sonra tikintiyə icazə icraatı çərçivəsində həmin layihənin göstərilən Məcəlləyə uyğun olaraq rəy bildirilməsi üçün tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti qurumlara, texniki şərtlərin verilməsi üçün müvafiq qurumlara və həmin Məcəllədə nəzərdə tutulmuş hallarda ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərilməsini, habelə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olmadığı halların tikintiyə icazə verilməsindən imtina üçün əsas olduğunu müəyyən edən normaların (mümkün sui-istifadə amillərinin aradan qaldırılması zərurəti də nəzərə alınmaqla) həmin Məcəlləyə əlavə edilməsini (layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə – həmin Məcəllənin 75.4-1-ci maddəsində göstərilən müddət çərçivəsində) nəzərdə tutan qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:
5.1. İdarənin Əsasnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində göstərilən Əsasnamə təsdiq olunanadək İdarəyə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət büdcəsində Bakı Şəhər İcra Hakimiyyəti üçün nəzərdə tutulmuş vəsaitin İdarənin fəaliyyətinin təmin edilməsi üçün 2018-ci il avqustun 1-dən ilin sonunadək tələb olunan həcminin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ayrılmasını bir ay müddətində təmin etsin.
8. Bakı Şəhər İcra Hakimiyyəti:
8.1. İdarənin funksiyalarının təmin edilməsi üçün fəaliyyət göstərən tabeliyində olan qurumların ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.2. İdarənin, habelə onun funksiyalarının təmin edilməsi üçün fəaliyyət göstərən tabeliyindəki qurumların maddi-texniki bazasının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına verilməsini bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2018-ci il.
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
3 saat əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
-
4 saat əvvəl
Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
-
5 saat əvvəl
Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
-
5 saat əvvəl
VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib
- 5 saat əvvəl
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizdir

Maaş kartını Bank of Baku-ya gətir, üstünlüklər əldə et

“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib
Ən çox oxunanlar

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir

Məzuniyyət, hesablanma qaydası və kompensasiya - VİDEO

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı 20 milyon manata yaxın azaldıldı

Bu il Azərbaycanda 1 milyon 583 min ton buğda istehsal olunub

Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən güclü artıb
