Elon Mask kimdir?
Bəşəriyyətin tarixi boyu çox müxtəlif sahələrdə köklü və inqilabi dəyişikliklər edən insanlar olub. Həmin insanlar bu və ya digər şəkildə həyatımıza təsir edir və onu dəyişdirir. Müasir dövrün bu cür dahilərindən biri Elon Maskdır. Onun həyatı və uğurları ilə tanış olmaq, onu daha yaxından tanımaq üçün oxuya biləcəyiniz ən yaxşı əsərlərdən biri Eşli Vens tərəfindən yazılmış “Elon Mask: Tesla, SpaceX və Mükəmməl gələcəyin izi ilə” kitabıdır. www.readit.az saytının 80-ci qısa məzmunu məhz bu kitabdır. Aşağıdakı yazıda isə sizə həmin kitab haqqında qısa şəkildə məlumat verəcəyik.
Ümumilikdə, kifayət qədər maraqlı bir obraz olan Elon Mask bir çox müəllifin onun haqqında bioqrafiya yazmasına qarşı çıxıb; ancaq Eşli Vensin səbrlə və təkidlə onunla görüşmək istəməsi nəticəsində müəllifin bioqrafiya yazmaq istəyini qəbul edib. Onların söhbəti Silikon Vadisində, şam yeməyində baş tutur. Görüş zamanı Elon Vensə belə bir sual verir:
“Səncə mən dəliyəm?”
Vens sonralar bu sualın bir növ yoxlama olduğunu anlayır. Mask bu sualı ona görə vermişdi ki, etdiyi investisiyaların sahib olduğu yüksək risk miqdarı digərlərinin onun haqqında bu cür düşünməsinə səbəb olmuşdu. Müəllif hələ kitabın əvvəlində qeyd edir ki, kitab tamamilə onun tərəfindən yazılıb və o Maskın kitabı əvvəlcədən oxumaq, həmçinin dəyişiklik kimi tələblərini qəbul etməyib.
Kitab Elon Maskın Cənubi Afrikada keçən uşaqlıq illəri və ailəsi ilə olan müanasibətləri təsvir etməklə başlayır. Qeyri-adi bir uşaqlıq dövrü keçirən Mask növbəti illərdə həyatını formalaşdıran bir çox xüsusiyyətlərini elə həmin illərdən göstərməyə başlayır. Ümumilikdə, Maskın gördüyü işlər, rəhbərlik etdiyi layihələr və digər fəaliyyətləri bir məqsədə istiqamətlənib: Mask bəşəriyyətin gələcəyini təmin etmək üçün yollar axtarışındadır. Mask hələ uşaqlıq illərində çoxlu kitab oxuyur və dostları ilə birlikdə kiçik bizneslər quraraq pul qazanmağa çalışırdı.Texnologiya və kompüterlərə olan marağı Maskı onu Afrikadan çıxmağa məcbur edirdi. Beləliklə, o, təhsil almaq üçün ölkəni tərk edir.
Təhsil illərinin sonunda, Mask gələcəkdə həqiqətən hansı işlə məşğul olmaq istədiyi barədə düşünməyə başlayır və “internet”, “yenilənən enerji” və “kosmos” ilə bağlı məsələlərin gələcək illərdə xüsusi əhəmiyyət kəsb edəcəyini müəyyənləşdirir. Beləliklə, qarşısında bəşəriyyət üçün faydalı olacaq texnologiyalar yaratmaq məqsədi qoyur.
Maskın internet biznesi qurmaq ideyası 90-cı illərin ortalarında yaranmağa başlayır. Bu dövrdə Silikon Vadisində təcrübəçi kimi fəaliyyət göstərən Mask qardaşı Kimbal Mask ilə birlikdə Zip2-ni qururlar. Bu startup qısa müddətdə məhşurlaşır və bir neçə il sonra böyük bir texnologiya şirkəti tərəfindən satın alınır. Mask buradan əldə etdiyi gəlirlə növbəti layihəsinə fokuslanır.
O, qısa müddət sonra onlayn bank sisteminə bənzər bir sistem yaradaraq X.com-u qurur. Bir çox bacarıqlı insanı işə götürən Mask bir müddət sonra xarakteri səbəbindən əməkdaşların bəziləri ilə anlaşılmazlıq yaşayır və həmin şəxslər şirkətdən ayrılırlar. Bundan sonra Maskın qurduğu X.com və Peter Thiel tərəfindən yaradılan ödəniş sistemi şirkəti birləşərək Paypal şirkətini yaradırlar. Ancaq bu şirkət də 21-ci əsrin ilk illərində eBay-a satılır.
Mask bundan sonra 2002-ci ildə 3-cü şirkəti olan SpaceX-i qurur. Raket texnologiyası və kosmosla bağlı tədqiqatlara fokuslanan SpaceX-in uğurları və uğursuzluqları kitabda, həmçinin tərəfimizdən hazırlanan qısa məzmun ətraflı şəkildə təsir olunur. Müəllif qeyd edir ki, Maskın gələcək üçün ən böyük arzularından biri 15-20 il ərzində Marsa insan göndərmək və orada münasib həyat şəraiti yaratmaqdır.
Bundan başqa, qlobal istiləşmə ilə bağlı yeniliklər Maskı elektrikli avtomobillərin hazırlanmasına yönləndirdi. Bu məqsədlə Tesla Motors-u quran Mask kifayət qədər yüksək göstəricilərə malik olan avtomobillər istehsal edir. Həmçinin, müxtəlif ölkələrdə xərcləri azaltmaq üçün günəş enerjisinin istifadəsini dəstəkləyən SolarCity layihəsinə də yüksək miqdarda investisiya ayırıb.
Dünyanın ən dahi adamlarından biri hesab edilən Elon Maskın həyatının və fəaliyyətinin müxtəlif tərəfləri haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, saytımıza keçid edərək, qısa məzmunu oxuya bilərsiniz. Bundan başqa saytımızdakı “Tarix və bioqrafiya” kateqoriyası vasitəsilə digər oxşar mövzulu kitablara da keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
6 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
7 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
8 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















