Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi
(®) Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərib.
Belə ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində Bakcell şirkəti “Xəzər Neft və Qaz” sərgi və konfransının 25-ci ildönümü münasibətilə Böyük Britaniya Səfirliyi və ABŞ Səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub.
İyun ayının 7-də isə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, Bakcell şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, “British Council” ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib.
Artıq 20 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 57 d. əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb






















