Bakıda futbol oyunu keçiriləcək - Təşkilat Komitəsi yaradıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb.
Marja" xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.
2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
| ||
Yaqub Eyyubov
| -
| Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
|
Təşkilat Komitəsinin sədr müavini | ||
Rövnəq Abdullayev | - | Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri
|
Təşkilat Komitəsinin üzvləri | ||
Yusuf Məmmədəliyev | - | Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri |
Azad Rəhimov | - | Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
Elmar Məmmədyarov | - | Azərbaycan Respublikasının xarici işlər naziri |
Ramil Usubov | - | Azərbaycan Respublikasının daxili işlər naziri |
Kəmaləddin Heydərov | - | Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
Şahin Mustafayev | - | Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
Samir Şərifov | - | Azərbaycan Respublikasının maliyyə naziri |
Mikayıl Cabbarov | - | Azərbaycan Respublikasının vergilər naziri |
Oqtay Şirəliyev | - | Azərbaycan Respublikasının səhiyyə naziri |
Əbülfəs Qarayev | - | Azərbaycan Respublikasının mədəniyyət naziri |
Ramin Quluzadə | - | Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
Ceyhun Bayramov | - | Azərbaycan Respublikası təhsil naziri |
Səfər Mehdiyev | - | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
Mədət Quliyev | - | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
Elçin Quliyev | - | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
Vüsal Hüseynov | - | Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
Cahangir Əsgərov | - | “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
Etibar Pirverdiyev | - | “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti |
Balababa Rzayev | - | “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri |
Çingiz Hüseynzadə | - | Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
Anar Ələkbərov | - | Heydər Əliyev Mərkəzinin direktoru |
Vüsal Kərimli | - | Bakı Nəqliyyat Agentliyinin direktoru |
Elxan Məmmədov | - | Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici. |
2. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2018-ci il.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 d. əvvəl
İlk 2 ayda dövlət büdcəsinin gəlirləri 6,3 milyard manat, xərcləri 4,6 milyard manat olub
-
5 d. əvvəl
Bayram günü bəzi rayonlarda külək güclənəcək, leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
-
- 13 d. əvvəl
- 20 d. əvvəl
-
39 d. əvvəl
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
-
1 saat əvvəl
“Sədərək”in sahibinə qarşı yarım milyonluq dələduzluq - Həbs edildi
-
1 saat əvvəl
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
-
2 saat əvvəl
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-eSİM xidməti istifadəyə verildi!
İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini “sıfır”da saxladı
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
Martın 20-də gözlənilən hava şəraiti
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
Ən çox oxunanlar
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
Qızılın unsiyasının qiyməti 4800 dollardan da aşağı düşdü
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Apple-ın Çində smartfon satışları 23% artıb
5-ci "KOB evi" Gəncədə istifadəyə verildi
Azərbaycan neftinin son qiyməti - 118 dollara yaxınlaşıb

















