Bakıda “xozeyin” avtomobili təqdim edildi

Audi Azərbaycan bazarına inanır. Üstəlik, markanın hədəfi böyükdür: Premium avtomobil sektorunda, xüsusilə lüks biznes sedan satışlarında birinciliyə nail olmaq qarşıya məqsəd qoyulub.
Almaniyanın Audi AG şirkətinin Azərbaycanda eksklüziv idxalçısı “European Cars” şirkəti bazarda mövqeyini gücləndirmək üçün satış və xidmət işini yenidən qurub.
“Marja” xəbər verir ki, Aprelin 8-də, Bakıda Babək prospekində yeni Audi satış və servis mərkəzi istifadəyə verilib.
Tədbirdə “European Cars” şirkətinin rəhbəri Fərid Aslan “Marja”ya bildirdi ki, yeni Audi Bakı Mərkəzi Qafqazın və Orta Asiyanın premium avtomobil seqmentində ən böyük və çoxfunksiyalı satış və servis mərkəzidir:
“Satış və servis mərkəzi Audi standartlarına uyğun qurulub. Satış salonunda 19 avtomobili nümayiş etdirmək mümkündür. Servis mərkəzində Azərbaycanda ilk dəfə tətbiq edilən yeniliklər var. Bütün avadanlıqlar ən son Almaniya istehsalıdır. Sport avtomobillər üçün xüsusi qaldırıcılar alınıb”.
“BİRİNCİ OLMAĞI HƏDƏFLƏYİRİK”
Fərid Aslan qeyd etdi ki, Audi Azərbaycanda premium seqmentində öz sözünü deyib:
“Premium seqmentidə liderlərdən biriyik. Biz qarşımıza hədəf qoymuşuq ki, A8 və digər modellər ilə seqmentdə birinci olaq”.
Şirkətin rəhbəri əlavə etdi ki, gələcəkdə Bakının mərkəzində, Porsche-nin olduğu kimi, Audi-nin də butik salonunun və Gəncədə satış və servis mərkəzinin açılması nəzərdə tutulur.
Fərid Aslan vurğuladı ki, “European Cars” şirkəti rəsmi idxalçı olduğundan avtomobillərin üzərinə şişirdilmiş marja əlavə etmir: “Ola bilsin, başqa şirkətlərdə ola bilər, biz həmişə avtomobillərin alış qiymətlərinin üzərinə normal marjalar əlavə etmişik”.
AUDİ-NİN "DÜNYA GÖZƏLİ" TƏQDİM EDİLDİ
Yeni Audi Bakı Mərkəzinin açılışına xüsusi hazırlıq görülmüşdü. Rəsmi çıxışların ardından, müğənnilər öz mahnılarını ifa etdilər. Sonra səbirsizliklə gözlənilən an çatdı. Gözəl şou-nümayiş ilə, Audi-nin “dünya gözəli” yeni A8 modelləri salona daxil oldu.
QİYMƏTLƏRİ AÇIQLANDI
Qeyd edildi ki, 4-cü nəsil A8 Audi-nin flaqman modelidir.
Audi Bakı Mərkəzinin satış direktoru Fizuli Novruzov “Marja”ya bildirdi ki, yeni Audi A8 Azərbaycan bazarında 2 komplektasiyada (Premium və Lüks) təqdim edilir:
“Hər iki komplektasiya A8-in Long (uzun) versiyasıdır. Fərq təchizatdadadır. Biri 105 min avroya, digəri 135 min avroya təklif olunur. Daha bahalı versiyanın opsiyaları çoxdur - arxa faraları animasiyalıdır, ön faraları HD-Matrix-dir (işığı vurma məsafəsi daha çoxdur), arxa təkərləri də dönür, diskləri fərqlidir. A8 biznes-klass olduğundan, 135 min avroluq versiyada arxada əyləşən sərnişinlər üçün funksiyalar daha çoxdur. Masajdan tutmuş, audio-video sistemə qədər arxadakı “coystik” ilə idarə etmək mümkündür. Premium versiyada arxa sərnişin yeri 2 nəfər üçün, Lüks versiyada isə 3 nəfər üçün nəzərdə tutulub. Arxadakı planşetlər Android əməliyyat sistemi ilə cəhiz edilib. Arxada əyləşən “xozeyin” bu planşetlər ilə də sürücü tərəfindən idarə edilən bir çox funksiyaları idarə edə bilir. Hər iki versiyada panarama luk mövcuddur, təhlükəsizlik sistemləri yüksək səviyyədədir, akustikası mükəmməldir”.
“3 LİTR MÜHƏRRİKİ, 5 LİTR MÜHƏRRİKƏ RƏQİBDİR”
Fizuli Novruzov qeyd etdi ki, hər iki avtomobilin mühərriki və ölçüləri eynidir:
“Yeni Audi A8 modeli 3 litr Turbo, 340 at gücündə mühərriklə təchiz edilir. Audi A8-in 3 litr mühəriki başqa avtomobillərin 5 litr mühərriklərinə rəqibdir. Yanacaq sərfiyyatı isə aşağıdır – 100 km-ə orta hesabla 6,2-6,5 litr benzin sərf edir. Sürətlənmə tez baş verir, 100 km/saat sürətinə 5,7 saniyəyə çata bilir”.
AUDİ A8-İN RƏQİBLƏRİ ÇIXIŞ YOLU TAPMALI OLACAQLAR
Fizuli Novruzov əlavə etdi ki, Audi A8 təchizat və qiymət nisbəti baxımından rəqiblərindən öndədir:
“105 min avroya təklif etdiyimiz lüks versiyanın komplektasiyasını, Audi A8 ilə eyni seqmentdə olan rəqiblərində sifariş etsək rahat onların qiyməti 130-135 min avro olacqdır. Üstəlik avtomobilə 5 il zəmanət verilir. Həmçinin yeni istfadəyə verilən servisimizə ölkəmizdə analoqu olmayan avadanlıqları və texnologiyaları gətirmişik. Ustalarımız xaricdə təhsil alıblar. Audi nəyinki brend nüfuzu və modelləri ilə, həmçinin servisi ilə də bazarda öz sözünü deyəcəkdir”.
Ekspertlər bildirirlər ki, Audi A8 əsas rəqibləri Mercedess-Bens S-Class və BMW 7-ci Seriya-dan uzundur. Həmçinin Azərbaycan bazarında təklif olunan Audi A8 daha zəngin təchizata malikdir, amma qiyməti rəqiblərindən daha aşağıdır. İnsanların marka seçimi kənara qoyulsa, Audi A8 rahatıq, təchizat, təhlükəsizlik, texnolgiya və qiymət baxımından rəqblərindən öndədir. Bu üstünlüklər sayəsində Audi A8-in bazarda liderə çevrilmək şansının böyük olduğu vurğulanır.
Əlavə edək ki, tədbirdə Audi A7 və RS8 modelləri də nümayiş etdirildi.
Daha ətraflı:audi.az
Ünvan: Bakı, Babək prospekti, 43A
Telefon: +994 (12) 570-00-77 +994 (50) 570-00-77
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: 10 milyon dollarlıq kredit sazişi imzlanıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Real Estate Qrup”da yeni təyinatlar - ŞİRKƏTƏ DİREKTORLAR TƏYİN EDİLİB
-
6 saat əvvəl
“Novochem Azerbaijan” şirkəti "Gemza Group"a qoşulur və şirkət ləğv edilir
-
6 saat əvvəl
"Fəaliyyətə başlayan bu 2 müəssisənin investisiya kapitalı 44 milyon manatdan çoxdur"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının gəlirləri və xərcləri azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Bakıdan Füzuliyə xüsusi icazə almadan uçuş mümkün olacaq

Növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Kamran Əliyev yenidən Baş prokuror təyin olundu

“Azəristiliktəchizat”a sədr təyin edildi

Sığorta şirkətinin vəzifəli şəxsləri cərimə edilib

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı artıb

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

BOKT "International”ın istiqrazlarına böyük sayda sifariş oldu
