Şirkətlər qrupu böyükmiqyaslı layihələrini təqdim etdi
“RUN Construction and İnvestment Company” (RUN Tikinti və İnvestisiya şirkəti) şirkətinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək böyükmiqyaslı layihələrin təqdimat mərasimi keçirilib.
Mərasimdə yerli şirkətlərlə yanaşı, layihələrin reallaşdırılmasında iştirak edəcək xarici podratçı şirkətlərin nümayəndələri də iştirak ediblər.
“RUN Construction and İnvestment Company” şirkətinin baş direktoru Ramil Kərimli bildirib ki, təmsil etdiyi şirkət ölkə iqtisadiyyatının inkişafı, siyasi sabitlik, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilən yüksək geniş miqyaslı quruculuqda yaxından iştirak etmək, eləcə də ölkə başçısının göstərişi ilə yeni inkişaf strategiyasina uyğun tərtib edilmiş “Strateji yol xəritəsi”ndə nəzərdə tutulmuş planların həyata keçirilməsinə həm birbaşa, həm də dolayısı yolla töhfə vermək məqsədi ilə yaradılıb.
Şirkətin qarşısında duran başlıca məqsədlərdən biri ölkəmizdə turizm, tikinti, kənd təsərrüfatı və bu kimi digər sahələrdə beynəlxalq rəqabətə davamlı istirahət mərkəzlərinin, aqrar komplekslərin və istehsal müəssisələrinin xarici investisiya hesabına yaradılmasıdır.
“Xüsusilə son dövrlərdə ölkədə turizmin surətli inkişafı bu sahəyə xarici investorların cəlb edilməsi və ölkənin turizm potensialının inkişaf etdirilməsi ilkin prioritet təşkil edir. Bu inkişaf şirkətin diqqət mərkəzindədir. Bölgələrdə həm turizm infrastrukturunun təkmilləşdirilməsi, həm də yeni istehsal sahələrinin yaradılması baxımından ilkin mərhələdə nişasta zavodunun, resort otellər, sağlamlıq mərkəzləri və əyləncə mərkəzlərinin inşası istiqamətində işlər artıq icra mərhələsindədir.
Bu sahədə şirkət həm müfaviq nazirliklərlə, (Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi) həm də yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Ölkə əhalisinin məşğulluq dərəcəsinin artırılması diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Belə ki, icrası planlaşdırılan hər bir layihənin reallaşması həm bölgənin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından müstəsna rol oynayacaq”.
Ramil Kərimli “RUN Construction and İnvestment Company” şirkətinin ölkədə qeyri-neft sektoruna inversisiyaların cəlb olunmasına əhəmiyyətli dərəcədə fikir verdiyini və fəaliyyətində də bu amili xüsusi olaraq inkişaf etdirdiyini qeyd edib.
Baş direktor daha sonra xarici investorların yaxından iştirakı ilə ölkəmizin müxtəlif regionlarında həyata keçiriləcək layihələrlə bağlı geniş məlumat verib. Qeyd edib ki, baş podratçısı Türkiyənin ”Doğuş Holding” şirkətinə aid “Ayson” inşaat, sifariçisi “RUN Construction and İnvestment Company” olan “Göygöl Buğda Nişastasının Emalı Zavodu”nun inşası layihəsi əsas layihələrdən biridir.
Göygöl rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihə regionlarda yeni iş yerlərinin açılması, bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların yatırılması istiqamətində uğurlu addımdır. Zavodda 500 nəfər daimi, 800 nəfərin mövsümi işlə təmin olunması nəzərdə tutulur.
Bundan başqa Göygöl rayonu ərazisində hotel və sağlamlıq komplekslərinin tikintisi də nəzərdə tutulub. Azərbaycanda turizimin inkişafına, xüsusilə bölgələrdə olan turizm potensialının üzə çıxarılması və özəl sektorun bu sahədəki fəaliyyətinə uyğun olaraq, 5 ulduzlu “Göygöl Resort hotel”in inşası layihəsi “RUN Construction”un mükəmməl layihələrindən biridir. 16 hektar ərazidə yerləşəcək “Aqua Park Resort Hotel”də 600 nəfərlik qonaq tutumu planlaşdırılır.
Bu istiqamətdə “Göygöl sanotoriya kompleksi”nin tikintisi də öz töhfəsini verəcək. Həm yerli əhali üçün, həm də Azərbaycanın bütün bölgələrindən gələnlər üçün burada yaradılan yüksək səviyyəli səhiyyə xidmətindən yararlanmaq imkanı olacaq.
Azərbaycanın hüdudlarından kənardan da respublikamızın təbiətinin bəxş etdiyi və “RUN Construction and İnvestment Company”nin yaratdığı sağlamlıq-sanatoriya kompleksində əsas diqqət insanların yüksək səviyyəli, tibbi və estetik xidmətdən bəhrələnməsidir. Bu layihənin də əsas hədəf xətlərindən biri yerlərdə yeni iş imkanlarının təqdim olunması, bölgələrdə yaşayan əhalinin işsizliyinin aradan qaldırılmasına, bununla da insanların sosial rifahının yüksəldilməsinə nail olmaqdır. 3 hektar ərazidə sağlamlıq-bərpa mərkəzinin tikintisi həyata keçiriləcək.
“RUN Construction and İnvestment Company”nin layihələri içəsrisində öz orijinallığı ilə seçilən və ölkəmizdə nadir “All Seasons Center”in (Bütün fəsillər) inşası layihəsi estetik və layihənin qeyri-adi tərzi ilə diqqəti cəlb edir. Burada ilin 4 fəslini əks etdirən qapalı məkanda qış və yay turizminə məxsus infrastrukturun qurulması və təqdimatı planlaşdırılır.
Layihənin inşası Xızı rayonu ərazisində Şurabad qəsəbəsində nəzərdə tutulur. 200 hektar ərazidə gündəlik 10.000 qonaq qəbul etmək gücündə olan möhtəşəm kompleks özündə ümumi sayı 10 olmaqla 4 ədəd 5 ulduzlu və 6 ədəd 4 ulduzlu oteli özündə birləşdirir. Bu kimi böyük layihənin reallaşması Azərbaycanda bölgələrdə turizmin inkişafı, yerli əhali üçün iş yerlərinin açılması və işsizliyin aradan qaldırılmasında dövlətimizin apardığı daxili iqtisadi siyasətin bariz təcəssümüdür.
Qeyd olunub ki, Qusarda yay turizminin inkişafına uyğun olaraq, 5 ulduzlu “Qusar Resort hotel”in inşası layihəsi “RUN Construction”un mükəmməl layihələrindən biridir. 60 hektar ərazidə yerləşəcək “Aqua Park Resort Hotel”də 600 nəfərlik qonaq tutumu planlaşdırılır.
“RUN Construction and İnvestment Company”nin unikal layihələrindən biri də Koreyanın “NOROO KIBAN” şirkətinin investorlarını cəlb etməklə reallaşdırılacaq “AGROPARK”ın inşası layihəsidir. Bu layihə bölgələrdə kənd təsərrüfatının, meyvəçilik və bağçılığın inkişafına yönəldilir. Belə ki, Samux rayonu ərazisində 60 hektar ərazidə müasir istixana kompleksi də inşa ediləcək.
“RUN Construction and İnvestment Company” tərəfindən baş podratçısı “Başak İnşaat” olan“Azerbaijan Stella Residence”in inşası layihəsi isə, Çinin “KUNMİNG&SWISS” şirkəti tərəfindən həyata keçirilir. Burada həm xarici inverstorların cəlb edilməsi, həmçinin qeyri-neft sektorunun inkişafı ilə bağlı özəl sektorun fəaliyyətinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində Ağ Şəhər ərazisində 2 mərtəbəsi hərəkətli olan, ümumilikdə, 54 mərtəbəli möhtəşəm binanın tikintisi reallaşdırılacaq.
Məlumata görə, Azərbaycanda aqrar sahənin inkişafına dəstək verən şirkət Samux rayonunda 500 hektarlıq ərazidə heyvandarlıq kompleksinin tikintisi layihəsini də həyata keçirəcək. 500 baş xüsusi növ iribuynuzlu heyvan yetişdirilib ət və ət məhsulları ixrac olunacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin bazarlarına Azərbaycan məhsulu “Made in Azerbaijan” brendi altında satışa çıxarılacaq.
Ramil Kərimli “RUN Construction and İnvestment Company” şirkətinin həmçinin, layihələr həyata keçirdiyi bölgələrdə investisiya mənfəəti hesabına bir sıra sosial yönümlü proqramların icrasında yaxından iştirak edəcəyini də diqqətə çatdırıb. Bildirib ki, şirkət tərəfindən məktəblərin, bağçaların inşası və digər sosial layihələrin həyata keçirilməsi planlaşdırırlır. Göygöldə 3 məktəb və 2 uşaq bağçası, Qusarda 3 ədəd məktəb və 100 uşaqlı və 80 nəfərlik bağça-körpələr evi, Samux və Gəncədə 2 uşaq bağçası və 480 və 264 şagirdlik məktəblər, Dəliməmmədli kəndində 1200 şagirdlik məktəb tikilib istifadəyə veriləcək.
Qeyd edək ki, xarici investorların iştirakı ilə ölkəmizdə həyata keçiriləcək layihələrin təqdimatı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Podratçı şirkətlərin nümayəndələri çıxış edərək bu cür irimiqyaslı layihələrin həyata keçirilməsində iştirakdan məmnunluq ifadə etməklə yanaşı, bunun Azərbaycan iqtisadiyyatına böyük töhfə olduğunu vurğulayıblar.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
7 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
8 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib




















