AccessBank-da əməliyyatların 70%-dən çoxu onlayn rejimdə icra olunur - MÜSAHİBƏ
Niderlandın təcrübəli Advision Finance konsaltinq şirkəti AccessBank-da MAGA (Make AccessBank Great Again) layihəsini reallaşdırır. Layihənin məqsədi və üstünlükləri barədə şikrətin eksperti Diana Kazaku (Diana Cazacu) məlumat verib.
– İlk növbədə sizdən MAGA (Make AccessBank Great Again) layihəsi haqqında ətraflıməlumat verməyinizi xahiş etmək istərdik.
– Bildiyiniz kimi, 2015-ci ildən etibarən bazarda vəziyyət ciddi şəkildə dəyişib. Bu dəyişiklik iqtisadiyyatın bütün sahələrinə, o cümlədən müştərilərin davranışına təsirsiz ötüşməyib. Bütün təşkilatlar diqqətini xərclərinin azaldılmasına yönəldib ki, bu da müştərilərə təqdim olunan xidmətilərin keyfiyyətinə təsir edən başlıca amillərdən biridir.
Yaranmış şəraitdə AccessBank müştəri perspektivi nöqteyi-nəzərdən bütün prosesləri yoxlamağı qərara aldı. Bura həmçinin müştərilərlə əlaqəsi olan bankdaxili proseslərin tənzimlənməsi də daxildir. Bu məqsədlə 2017-ci ildə AccessBank Niderlandın təcrübəli Advision Finance konsaltinq şirkəti ilə əməkdaşlıq etməyə başlayıb. Əməkdaşlıq əməliyyat proseslərinin təkmilləşdirilməsi və rəqəmsal müştəri tranzaksiyalarının tətbiqi kimi sahələri əhatə edir. Səkkiz ay davam edən layihənin üç əsas məqsədi var:
– biznes tələbatının ödənilməsi üçün İT imkanlarının yaxşılaşdırılması;
– ən yaxşı müştəriyönümlü təcrübənin təmin olunması üçün filialdaxili proseslərin təkmilləşdirilməsi;
– bank daxilində hesabatlılığın və əsas göstəricilərin ölçülməsi effektivliyinin artırılması.
Bank əməkdaşlarının əksəriyyətinin cəlb olunduğu layihə “Lean” və “Kaizen” fəlsəfəsinə və metodologiyasına əsaslanır. “Lean” üsuluna əsasən təşkilat müştəri baxımından dəyəri olmayan mərhələləri öz fəaliyyətindən kənarlaşdırmağa çalışır. Kayzen isə yapon sözü olub, “davamlı təkmilləşdirmə” mənasını verir və bütün dünyada çoxsaylı nüfuzlu təşkilatlar tərəfindən tətbiq olunur.
Advision Finance şirkətinin məsləhətçiləri 10-dan artıq ölkədə “Lean” layihələrini həyata keçirərək əmin olublar ki, davamlı təkmilləşdirmə mədəniyyətinə riayət edən banklar daha fəal olur, bazardakı dəyişikliklərə və müştərilərin tələbatlarına daha operativ şəkildə reaksiya vermək imkanı qazanırlar. Mən AccessBank-ın öz müştərilərinə dəyər verərək onlara göstərdiyi xidmətləri daim təkmilləşdirdiyini məmnuniyyətlə müşahidə edirəm.
– Bu layihənin icrasının АccessBank üçün faydası nədən ibarətdir? MAGA layihəsinin icrasından əvvəl və sonra AccessBank-da əsas fərq nədən ibarət olacaq?
– “Davamlı təkmilləşdirmə” ifadəsindən göründüyü kimi, bu, birdəfəlik layihə deyil. AccessBank-da xüsusi dəyişiklikləri həyata keçirən agentlər komandası olacaq və onlar həm bu il, həm də gələn il yeni və texnolojiyönümlü müştəri təcrübəsinin əldə olunmasına diqqət yönəltməklə, bankın biznes proseslərini təkmilləşdirməkdə davam edəcəklər. Layihənin icrasından sonra AccessBank, xüsusən müştərilərin cəlb edilməsi ilə əlaqədar olan proseslərin effektivliyinə daha çox diqqət yönəldəcək. Biz müştərinin bankda sərf etdiyi hər dəqiqəsini təhlil etməyə və müştəri baxımından dəyəri az olan mərhələlərin sayını azaltmağa çalışdıq. Əlbəttə, bu qədər qısa müddət ərzində mən müştərilərin cəlb edilməsi ilə icra olunan bütün proseslərin “Kaizen” metodologiyası üzrə yoxlandığını deyə bilmərəm. Hər halda, artıq ilk addım atılıb – bəzi proseslər artıq dəyişilib.
İşçi heyətinə gəldikdə isə, ümid edirəm ki, layihə müddətində menecerlərə təqdim olunan effektvliyin əsas göstəriciləri (Key Performance Indicators, KPI) hər gün proseslərin gedişatını izləmək imkanıyaradan köməkçi alətlər olacaq.
– İndi artıq MAGA layihəsinin Bank üçün faydasının nədən ibarət olduğunu bilirik. Bundanəlavə, bu layihədən müştərilər nə əldə edəcək?
– Layihə bankın işçi heyətinə, proseslərinə və müştərilərinə son dərəcə müsbət təsir göstərir. Filiallarda proses yaxşılaşdıqdan sonra biz diqqət yetirdik ki, bankın müştəri xidmətləri üzrə mütəxəssisləri bək ofis (back office) tranzaksiyalarından daha çox müştəri tranzaksiyaları ilə məşğul olmaq imkanı əldəedirlər. Filialların bütün işçi heyəti bankın bütün məhsulları ilə tanışdır və müştərilər bu və ya digər məhsullarla əlaqədar təkcə birbaşa mütəxəssislərdən deyil, bankın hər bir əməkdaşından məlumat ala bilərlər. Bundan əlavə, müştərilər rəqəmsal alətlərdən istifadə edirlər və rəqəmsal kanallar vasitəsiləicra olunan tranzaksiyaların sayı son 8 ay ərzində 10% artıb. Hal-hazırda bütün tranzaksiyaların 72%-i onlayn rejimdə icra olunur. Nəticə etibarilə, müştərinin bankda daha az vaxtı gedəcək, işçi heyəti isəmüştəri baxımından faydası az olan proseslərə daha az vaxt sərf edəcək. Hesabatların avtomatlaşdırılması hələ başa çatmasa da, inanırıq ki, hesabatlılıq üzrə qabaqcıl texnologiyanın tətbiqi işçi heyətinin effektivliyini artıracaq və işçi heyəti müştərilər üçün nəzərdə tutulmuş innovasiyalara daha çox vaxt sərf edə biləcəklər. Başqa sözlə, müştərilər bundan ancaq udacaq. Belə ki, nəticəetibarilə bu layihə müştəri məmnuniyyətinin artırılmasına yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
22 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
1 gün əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq



























