Hansı layihə uşaqların kütləvi marağına səbəb oldu?
“Məktəbli arzuları” devizi ilə 23 ildir məktəbliləri ekoloji sağlam dəftəraxana ləvazimatları ilə təmin edən OYAL daim müxtəlif sosial, maarifləndirici layihələr də həyata keçirir. Bu layihələrdən biri son günlər uşaqların, eləcə də valideynlərin kütləvi marağını cəlb edən “Mənim Azərbaycanım” rəsm müsabiqəsidir.
Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən “Ofisait” mağazalar şəbəkəsinin təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqənin 6-cı mərhələsi artıq başa çatıb.
Qeyd edək ki, layihə xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilir. Görkəmli rəssam hər bir uşaqla individual sorğu keçirir, mövzuya aid çəkdiyi rəsm əsərinin daha uğurlu alınması üçün lazımi istiqamətlər verir. Həmçinin iştirakçılar rəssamının xalq nağılları əsasında yağlı boya ilə çəkdiyi əsərləri haqda suallar verib, cavabları maraqla dinləyiblər.
Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Layihə zamanı çəkilən bütün əsərlər 6 ay ərzində təşkilatçıda toplanacaq və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunan komissiya tərəfindən qiymətləndirilmə həyata keçiriləcəkdir. 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacağı nəzərdə tutulur. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 6-cı mərhələsi 1 mart 2018-ci il, saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo 11 ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir. Növbəti müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
9 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
9 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
9 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












