Bank sektoru kiçilib, gəlirləri azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri bu il yanvarın 1-nə 27 milyard 921 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,2% azdır.
Bankların aktivlərinin 35,3%-ni və yaxud 9 milyard 861,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 30,8% kiçilib.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 18% azalaraq 24 milyard 211,8 milyon manata düşüb, o cümlədən depozit portfeli 2,95% artaraq 16 milyard 894,9 milyon manata çatıb. Bunun 7 milyard 542,5 milyon manatı fiziki şəxslərin, 9 milyard 352,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. 2017-ci ildə əhalinin əmanətləri 1,5%, şirkətlərin vəsaitləri isə 4,2% artıb.
Ötən il bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 70,1% azalaraq 507,6 milyon manata düşüb.
Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 94,3% artaraq 3 milyard 709,2 milyon manata çatıb.
BANKLARIN KREDİTLƏRDƏN GƏLİRLƏRİ AZALIB
2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 775,2 milyon manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 milyard 282,7 milyon manat (24,6% az), faiz xərcləri 824,9 milyon manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 milyon manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 milyon manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 milyon manat (1,8% az) təşkil edib.
Son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 milyon manat olub (əvvəlki ilə əməliyyat zərəri olub).
2017-ci ildə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 26,5 milyon manat qənaət ediblər (2016-cı ildə xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisə 56,4% az - 4,1 milyon manat gəlir əldə ediblər, 29,9% çox - 55,2 milyon manat mənfəət vergisi ödəyiblər.
Bununla da, sektorun illik xalis mənfəəti 883,6 milyon manat təşkil edib. Bunun 290,9 milyon manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 milyard 667,6 milyon manat xalis zərərlə başa vurmuşdu.
FİLİALLAR AZALIB
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 509 olub.Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 38 vahid azdır.
Ötən ilin əvvəlinə nisbətən isə bank filiallarının sayı 60 vahid azalıb.
Dekabrda bank şöbələrinin sayında isə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 11 vahid azdır.
"Ötən ay bank filiallarının sayının kəskin azalması əsasən "Dəmir Bank"ın lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.
BANKOMATLAR AZALIB
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bankomatların sayı 2 431 olub. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 29 ədəd azdır.
Ötən ilin əvvəlinə nisbətən isə bankomatların sayı 30 ədəd azalıb.
"Ötən ay bankomatların sayının kəskin azalması əsasən "Dəmir Bank"ın lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.
BANK İŞÇİLƏRİNİN SAYI AZALIB
Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 171 nəfər olub. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə təxminən 2,75% və yaxud 458 nəfər azdır.
Ötən ilin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 4,6% və yaxud 776 nəfər azalıb.
"Lisenziyası geri çağırılmış "Dəmir Bank" nəzərə alınmadan ötən ay bankların işçilərinin sayı 63 nəfər artıb", - deyə Palatadan bildirilib.
Cədvəl 1. Bank sektorunun icmal balansı | |
(mln. manatla) | |
Aktivlər | 31.12.2017 |
1. Nağd vəsaitlər | 1 153,0 |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2 032,2 |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 2 626,0 |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 7 233,5 |
5. Qiymətli kağızlar | 2 498,5 |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 259,5 |
6.1 xalis kreditlər | 208,6 |
7. Müştərilərə verilən kreditlər | 11 337,6 |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1 476,5 |
7.2 Xalis kreditlər | 9 861,1 |
8. Əsas vəsaitlər | 858,5 |
9. Qeyri-maddi aktivlər | 128,2 |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1 321,4 |
11. Cəmi aktivlər | 27 921,0 |
| |
Öhdəliklər | 31.12.2017 |
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 16 894,9 |
1.1 Fiziki şəxslərin depoziti | 7 542,5 |
1.1.1 müddətli | 5 187,6 |
1.1.2 tələbli | 2 354,9 |
1.2 Hüquqi şəxslərin depoziti** | 9 352,4 |
1.2.1 müddətli | 1 710,9 |
1.2.2 tələbli*** | 7 641,5 |
2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 507,6 |
3. Loro hesablar | 184,1 |
4. Maliyyə institutlarının depozitləri | 1 515,5 |
5. Bankların kreditləri | 223,9 |
6. Digər maliyyə institutlarının kreditləri | 1 891,8 |
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1 855,4 |
8. Digər passivlər | 1 138,6 |
9. Cəmi öhdəliklər | 24 211,8 |
KAPİTAL | 31.12.2017 |
10. Xüsusi kapital | 3 471,3 |
11. Ümumi ehtiyatlar | 237,9 |
12. Cəmi kapital | 3 709,2 |
13. Cəmi öhdəliklər və kapital | 27 921,0 |
Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır | |
* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla | |
** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla | |
*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla |
Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat | |
| (mln. manatla) |
Mənfəət və zərər maddələri | 31.12.2017 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 1 775,2 |
1.1 Kreditlər üzrə faizlər | 1 282,7 |
2. Faiz və onlara bağlı xərclər | 824,9 |
2.1 depozitlər üzrə faizlər | 373,4 |
3. Xalis faiz gəliri (zərəri) | 950,3 |
4. Qeyri-faiz gəlirləri | 938,5 |
5. Qeyri-faiz xərcləri | 980,6 |
6. Əməliyyat mənfəəti (zərəri) | 908,2 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | (26,5) |
8. Digər gəlirlər (xərclər) | 4,1 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 938,8 |
10. Mənfəətdən vergilər | 55,2 |
11. Xalis mənfəət (zərər) | 883,6 |
Cədvəl 3. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Banklar | |
| 31.12.2017 |
Bankların sayı | 30 |
Dövlət bankları | 2 |
Özəl banklar | 28 |
Xarici kapitallı banklar | 15 |
nizamnamə kapitalının 50%-dən 100% -ə qədərini təşkil edən | 8 |
- xarici bankların yerli filialları | 2 |
nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən | 7 |
|
|
İlin əvvəlindən lisenziya alan bankların sayı | 0 |
İlin əvvəlindən lisenziyası ləğv edilmiş bankların sayı | 2 |
|
|
Bankların filiallarının sayı | 509 |
Bankların şöbələrinin sayı | 142 |
ATM-lərin sayı | 2 431 |
İşçilərin sayı | 16 171 |
Cədvəl 4. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Bank olmayan kredit təşkilatları və Poçt rabitəsinin milli operatoru | |
| 31.12.2017 |
Bank olmayan kredit təşkilatları | 123 |
- Kredit İttifaqları | 76 |
|
|
Dövlət BOKT-ləri | 1 |
Özəl BOKT-lər, o cümlədən | 122 |
Xarici kapitallı BOKT-lər | 8 |
nizamnamə kapitalının 50%-dən 100% qədərini təşkil edən, bundan | 8 |
xarici BOKT-nin yerli filialları | 0 |
nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən | 0 |
|
|
İlin əvvəlindən lisenziya alan BOKT-nin sayı | 1 |
İlin əvvəlindən lisenziyası ləğv edilmiş BOKT-nin sayı | 22 |
|
|
Filial sayı | 170 |
İşçilərin sayı | 2210 |
Poçt rabitəsinin milli operatoru - Azərpoçt | |
Poçt filialları (maliyyə xidmətləri göstərən) | 63 |
Poçt şöbələri (maliyyə xidmətləri göstərən) | 1112 |
© Report, MBNP
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
-
8 saat əvvəl
Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik
Son Xəbərlər

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

"Məramımız, məqsədimiz birdir" - MƏTBUATA BƏYANATLAR

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
Ən çox oxunanlar

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
