İlham Əliyev Davosda görüşlərə başlayıb -VAHİD ƏLƏKBƏROVLA DA MÜZAKİRƏLƏR OLUB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.
Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edildi. Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.
Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə “Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirib. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.
Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirib. Dövlətimizin başçısı bu layihələrdə “Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.
Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə “Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.
Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
XXX
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.
Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verib. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 trilyon ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirib ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirib.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışıb. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışıb, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirib.
XXX
Dövlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.
Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdi.
Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
6 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
8 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
8 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
9 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

























