Faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb
“Yapı Kredi Bank Azərbaycan” QSC 2017-ci ili 10 milyon 110 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 57 milyon 449 min manat, o cümlədən faiz gəlirləri 34 milyon 690 min manat, qeyri-faiz gəlirləri 22 milyon 759 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 16 milyon 805 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4 milyon 866 min manat ayırmadan və 1 milyon 828 min manat mənfəət vergisi ödənildikdən sonra Bankın 10 milyon 110 min manat xalis mənfəəti yaranıb.
2016-cı ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 62 milyon 944 min manat, o cümlədən faiz gəlirləri 33 milyon 209 min manat, qeyri-faiz gəlirləri 29 milyon 735 min manat təşkil etmişdi. Həmin il Bankın əməliyyat mənfəəti 19 milyon 316 min manat olmuş, lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 4 min manat ayırıldığından bank həmin ili 10 milyon 328 min manat zərər ilə başa vurmuşdu. Beləliklə, 2016-cı illə müqayisədə “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb. Ehtiyatlara ayırma kəskin azaldığından Bank mənfəətə çıxa bilib.
AKTİVLƏRİ AZALIB, KAPİTALI ARTIB
31 Dekabr 2017-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 427 milyon 291 min manat, cəmi öhdəlikləri 354 milyon 671 min manat, cəmi balans kapitalı 72 milyon 619 min manat təşkil edib.
31 Dekabr 2016-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 447 milyon 862 min manat cəmi aktivlərə, 392 milyon 166 min manat cəmi öhdəliklərə və 55 milyon 696 min manat cəmi balans kapitalına malik idi.
PROBLEMLİ KREDİTLƏRƏ GÖRƏ EHTİYATLANIB
Ötən il Bankın müştərilərə verdiyi cəmi kreditlər 212 milyon 296 min manatdan 146 milyon 8 min manata düşüb. Verilmiş 146 milyon 8 min manat cəmi kreditin 48 milyon 439 min manatı və ya 33.2%-i problemlidir. 2016-cı ilin sonunda Bankın 212 milyon 296 min manatlıq kredit portfelinin 51 milyon 58 min manatı və ya 24.1%-i problemli idi. 31 Dekabr 2017-ci il tarixində kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği isə 44 milyon 267 min manat təşkil edib.
Bankın depozit portfeli 288 milyon 30 min manatdan 329 milyon 820 min manata qalxıb. Bunun səbəbi hüquqi şəxslərin tələbli depozitlərinin artmasıdır.
Ötən il “Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bankdan cəlb etdiyi 20 milyon manat vəsaiti və digər banklardan aldığı 35 milyon 414 min manat krediti qaytarıb.
MƏCMU KAPİTALI ARTIB
2016-cı ilin sonunda 46 milyon 410 min manat məcmu kapitala malik olan “Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin sonunda 64 milyon 76 min manat məcmu kapitala malik olub.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin səhmdarları “YapıKredi Bank AŞ” (99.8%), "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş" (0,1%) və "Yapı Kredi Finansal Kıralama A.O."-dur (0,1%).
“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə göstəriciləri ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
1 saat əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 1 saat əvvəl
-
17 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
17 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

























